Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abituriyentlər bu il imtahanlarda daha yüksək nəticə göstəriblər

Bu il I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 40.2 faizi “2”, 20.4 faizi “3”, 28.3 faizi “4”, 11.1 faizi isə “5” qiymət alıblar. Ötən il bu göstəricilər, uyğun olaraq, 46.4 faiz, 18.4 faiz, 23.6 faiz, 11.7 faiz olub.

Bu barədə məlumatlar Dövlət İmtahan Mərkəzinin (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik təhlilində qeyd olunub.

Göründüyü kimi, 2020-ci il üzrə “2” qiymət alanların faizi nisbətən azalıb, “3” və “4” qiymət alanların faizi artıb. “5” qiymət alanların faizi isə nisbətən azalıb. Qəbul olanların topladıqları ballara baxsaq, onların 25.4 faizi “3”, 49.5 faizi “4”, 19.2 faizi isə “5” qiymət alanlardır. Ötən il bu göstəricilər, uyğun olaraq 29.7 faiz, 42.7 faiz, 21 faiz olub.

V ixtisas qrupu üzrə ərizə verib qəbul imtahanında (cari ilin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında) iştirak edən abituriyentlərin 62.16 faizinin topladığı bal 100-dən aşağıdır. Qəbul olan abituriyentlər arasında 60-dan az bal toplayan yoxdur.

Qəbul imtahanlarında iştirak edənlərin çoxunun (62.16 faiz) imtahan nəticəsi 100 və daha aşağı bal intervallarında yerləşdiyi halda, qəbul olan abituriyentlərin nəticəsi əsasən 100 və daha yuxarı bal intervallarında olub (57.76 faiz).

Ağsu, Göygöl, Samux, Sabirabad, Kürdəmir, Saatlı, Ucar, Şabran, Goranboy, Astara, Ağdaş, DaşkəsənŞamaxı rayonlarının ötən il məzunlarını təmsil edən abituriyentlərin 20 faizdən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib

Ərdoğan Ersin Tatarın Şuşada Zirvə görüşünə qatılmasından danışdı

Ən çox oxunanalar