Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“7 yaşı tamam olan hər bir uşaq üçün bank hesabı açılsın” - İqtisadçıdan hökümətə təklif

Hökümətin uşaq pulunun verilməməsi ilə bağlı göstərdiyi arqumantlər heç məntiqli görünmür. Çünki Azərbaycan büdcəsi bəzi məmurlar tərəfindən elə bir şəkildə talan olunur ki, bu talanın yanında uşaq pulunun verilməsi büdcəyə heç də böyük yük olmaz...

İqtisadçı alim: “Öncəliklə ölkədəki bütün uşaqları əhatə edəcək sosial təminat siyasəti müəyyən edilməlidir”.

“Ölkədə 1-6 yaş qrupundakı uşaqların cəmi sayının təqribən 940.400 nəfər təşkil etdiyini nəzərə alsaq, hər bir uşaq üçün aylıq 80 manat məbləğində “şərti tibbi yardım” adı altında müavinət illik 902.784.000 manat təşkil edəcək ki, bunun da büdcə üçün böyük yük olacağını düşünmürəm”.

Bu sözləri iqtisadçı-alim Vüsalə Əhmədova hökümətin uşaq pulunu verməmə səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Uzun müddətdir ki, Azərbaycanda uşaq pulu ilə bağlı müzakirələr aparılır. Əslində hökümətin uşaq pulunun verilməməsi ilə bağlı göstərdiyi arqumantlər də heç məntiqli görünmür. Çünki Azərbaycan büdcəsi bəzi məmurlar tərəfindən elə bir şəkildə talan olunur ki, bu talanın yanında uşaq pulunun verilməsi büdcəyə heç də böyük yük olmaz. Həm də Azərbaycanın neft gəlirləri son bir ildə artdığına görə bu məslədə hökümətin tutduğu mövqe də başa düşülən deyil.

Ümumiyyətlə, Azərbaycanda uşaqların sosial müdafiəsi ilə bağlı hansı problemlər var və dövlət uşaqların sosial müdafiəsini yetərincə təmin edirmi? Bu aspektdə hökümətin uşaq pulu ilə bağlı mövqeyini necə dəyərləndirmək olar?

Ölkədə əsas problemlərdən birinə çevrilən uşaq pulu məsələsini PİA.az-ın əməkdaşı iqtisadçı-alim Vüsalə Əhmədova ilə müzakirə edib.

Vüsalə Əhmədova: “Minimum əmək haqqları ölkəmizdəkindən dəfələrlə yüksək olan inkişaf etmiş Avropa ölkələrində hər bir uşağa 18 yaşınadək sosial müavinət verilirsə, bizdə nə üçün verilməsin?”.

Mürəkkəb şərtlərə görə bir çox hallarda ailələr sosial vəziyyətlərinin ağır olmasına baxmayaraq müavinəti ala bilmədiklərini nəzərə çatdıran iqtisadçı-alim PİA.az-a bildirib ki, qanunda görə ünvanlı dövlət sosial yardım almaq üçün hər bir ailə üzvünün orta aylıq gəliri “onlardan asılı olmayan səbəblərdən” ehtiyac meyarının məcmusundan aşağı olmalıdır. “Onlardan asılı olmayan səbəblərdən” nə deməkdir? Burda artıq bir çox şərtlər dövrəyə girir:

““Sosial müavinətlər haqqında” Qanuna əsasən hazırda ölkəmizdə uşaq üçün təyin edilən müavinət uşağın anadan olmasına görə verilən birdəfəlik ödənişdir. Hansı ki, məbləği 2019-cu ilin aprel ayının 1-dək 109 manat idi, 2019-cu il aprel ayının 1-dən etibarən 200 manat olaraq müəyyənləşdirildi, 2022-ci il yanvar ayının 1-dən etibarən isə çox saylı tənqidlərdən sonra 300 manat müəyyən edildi. Digər iki növ sosial müavinət isə yalnız çox cüzi əhali təbəqəsini əhatə edir, hansı ki, bir yaşınadək uşağı olan aztəminatlı və ünvanlı dövlət sosial yardımı təyin edilmiş ailələrə verilir. Hər uşağa görə bu ilin yanvar ayından etibarən aylıq 70 manat müəyyən edilib. Nəzərinizə çatdırım ki, müavinət uşağın yalnız bir yaşı tamam olanadək verilir. Digəri də, beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 70 manat məbləğində müəyyən edilən aylıq müavinətdir ki, bu müavinət də digər uşaqların sağ olması şərti ilə altıncı uşaq doğularaq bir yaşına çatdıqda təyin edilir.

Ünvanlı dövlət sosial yardımın verilməsi üçün o qədər mürəkkəb şərtlər qoyulub ki, bir çox hallarda ailələr sosial vəziyyətlərinin ağır olmasına baxmayaraq müavinəti ala bilmirlər. Məsələn, qanunda deyilir ki, ünvanlı dövlət sosial yardım almaq üçün hər bir ailə üzvünün orta aylıq gəliri “onlardan asılı olmayan səbəblərdən” ehtiyac meyarının məcmusundan aşağı olmalıdır. “Onlardan asılı olmayan səbəblərdən” nə deməkdir? Burda artıq bir çox şərtlər devrəyə girir. Məsələn, ailə üzvlərinin əmək qabiliyyətli olmaması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyinin olması və ya 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi səbəbindən işləyə bilməməsi, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin və ya ştatların ixtisar edilməsi ilə əlaqədar ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınmış olması, ailənin əmək qabiliyyətli üzvünün vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi və ya olduğu yerin məlum olmaması. Ayrıca, uşaq evlərində, internatlarda, qocalar evində, xüsusi təhsil müəssisələrində yaşayanlara, müddətli həqiqi hərbi xidmətdə və ya cəzaçəkmə müəssisələrində olanlara, Azərbaycan Respublikası ərazisində yaşamayanlara sosial yardım təyin olunmur.

Vüsalə Əhmədova: “Şəxsin önünə müxtəlif bürokratik əngəllər qoyulur, hələ mən korrupsiya hallarını qeyd etmirəm”.

Qanundakı ağır şərtlər bir tərəfə, prosedur qaydaları da o qədər mürəkkəbdir ki, vətəndaş artıq bir mərhələdən sonra müavinətdən imtina etmək məcburiyyətində qalır. Öncə şəxs müvafiq qurumdan ailə tərkibi haqqında arayış almalı, daha sonra həmin arayışa əsasən notarial qaydada təsdiq edilmiş təmsilçilik barədə ərizə almalıdır. Bundan sonra, dolduracağı ərizə bəyannamədə ailənin bütün növ gəlir və əmlakını dəqiq bəyan etməli, müraciətdən 12 ay əvvəl kredit götürmüşsə, torpaq pay mülkiyyəti varsa, bu barədə mütləq şəkildə məlumat verməli, qaz, işıq, su, stasionar və mobil telefondan istifadəyə görə xərclərini dəqiq bəyan etməli və s. Daha sonra da DSMF ailənin maddi-məişət şəraitinin müayinəsini həyata keçirir. Bu da azmış kimi, ünvanlı dövlət sosial yardımı təyin edilmiş ailələrdə mütəmadi monitorinqlər keçirilir və əgər nazirliyin nümayəndələri ÜDSY-nin verilməsinin dayandırılmasına səbəb olacaq hal aşkar edərsə, həmin ailəyə təyin edilən yardımın verilməsi dayandırılır. Baxın bu formada şəxsin önünə müxtəlif bürokratik əngəllər qoyulur, hələ mən korrupsiya hallarını qeyd etmirəm.

Öncəliklə ölkədəki bütün uşaqları əhatə edəcək sosial təminat siyasəti müəyyən edilməlidir. Minimum əmək haqqları ölkəmizdəkindən dəfələrlə yüksək olan inkişaf etmiş Avropa ölkələrində hər bir uşağa 18 yaşınadək sosial müavinət verilirsə, bizdə nə üçün verilməsin? Məsələn, Almaniyada uşaq pulu almaq üçün yeganə şərt uşağın sizin himayənizdə olması və AB ölkələrindən hər hansı birində yaşamasıdır. 18 yaşınadək bir və ya iki uşağı olan hər bir ailəyə hər bir uşaq üçün 219 avro, üç usaq olduqda 225 avro, dörd uşaq olduqda 450 avro verilir (2021-ci ilin göstəricisi). Hətta, 18 yaşına çatdıqdan sonra təhsilini davam etdirən uşaqlara 25 yaşadək müavinətlərin verilməsi davam etdirilir. Məsələn, Türkiyədə yeni doğulan uşaqlara ödənilən birdəfəlik müavinətlərdən əlavə, hamiləlik dövründə yardım, doğum yardımı, süd və ya qida yardımı, tibbi yardım, təhsil yardımı kimi müxtəlif ödənişlər edilir. Müraciət üçün isə vətəndaşlardan yalnız şəxsiyyət vəsiqəsi tələb olunur, hansı ki, telefonla belə zəng edərək müraciət etmək mümkündür. Müavinətin verilməsi üçün yeganə şərt vətəndaşın Sosial Müdafiə Fondunda sığorta qeydiyyatının olmamasıdır yəni, şəxsin rəsmi olaraq işsiz sayılması kifayətdir.

Vüsalə Əhmədova: “Ölkəmizdə bir uşağın doğum xərclərinin ən az 1500-3000 manat təşkil etdiyini nəzərə alsaq, birdəfəlik ödənişin məbləğinin 500 manatadək artırılması daha məqsədəuyğun olardı”.

Biz AG Partiya olaraq hələ keçən il uşaq pulunun verilmə mexanizmiylə bağlı təkliflərlə çıxış etdik, səhv etmirəmsə, bir sıra digər partiyalar da müxtəlif təkliflər irəli sürdü. Ancaq hələ ki, hökumət tərəfindən bu istiqamətdə real addım atılmayıb.

Onu da qeyd edim ki, sosial dövlət qurmaq istiqamətində ciddi addımlar atmanın vaxtı çoxdan çatıb. Sərt kapitalizm Azərbaycan reallıqları ilə uyğunlaşmır. Ölkəmizdə uşağın anadan olmasına görə verilən birdəfəlik müavinətin məbləği çox simvolikdir. Az əvvəl də qeyd etdiyim kimi, bu ilin yanvar ayından etibarən 300 manat olaraq müəyyən edildi hansı ki, bu vaxta qədər 200 manat idi. Ölkəmizdə bir uşağın doğum xərclərinin ən az 1500-3000 manat təşkil etdiyini nəzərə alsaq, birdəfəlik ödənişin məbləğinin 500 manatadək artırılması daha məqsədəuyğun olardı.

Bundan əlavə, 1-6 yaş qrupları üzrə “şərti tibbi yardım” adı altında hər bir uşaq üçün aylıq 80 manat məbləğində müavinətin verilməsini təklif etdik. Xarici ölkələrdə 5 yaşadək uşaqlar ildə ən az dörd dəfə, 5 yaşdan 8 yaşadək uşaqlar isə ildə ən az iki dəfə tibbi müayinədən keçirilirlər. Bu proses, şübhəli anomaliyaları və riskləri ortaya çıxarmaq, gələcəkdəki ağır fəsadların qarşısını almaq üçün vacibdir. Maliyyə çatışmazlığı səbəbindən ölkəmizdə uşaqlar vaxtında tibbi müayinələrdən keçirilmirlər. Tibbi sığorta mexanizmi işləmir. Tibbi müayinələrin minimum qiyməti 20-50 manat arasında dəyişir. Müxtəlik skrininq testlərin qiyməti minimum 10-40 manat təşkil edir. Pediatr, oftalmoloq, nevropotoloq müayinəsi, qanın ümumi analizi və bir sıra digər zəruri testləri nəzərə alsaq, bir uşağın tək səfərlik müayinəsinə ən az 200-300 manat tələb olunur. Bu isə orta aylıq əmək haqqının təxminən 57-70%-ni təşkil edir. Dərman monopolyası sayəsində dərmanlar xarici bazar qiymətlərindən 5-8 dəfə baha satılır.

Vüsalə Əhmədova: “7-17 yaş qrupları üzrə “şərti təhsil yardımı” adı altında aylıq ən az 100 manat müavinətin verilməsini təklif edirik”.

Ölkədə 1-6 yaş qrupundakı uşaqların cəmi sayının təqribən 940.400 nəfər təşkil etdiyini nəzərə alsaq, hər bir uşaq üçün aylıq 80 manat məbləğində “şərti tibbi yardım” adı altında müavinət illik 902.784.000 manat təşkil edəcək ki, bunun da büdcə üçün böyük yük olacağını düşünmürəm. 2022-ci ilin dövlət büdcəsində Azərbaycan neftinin 1 barelinin qiyməti 50 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Ancaq, “Azeri Light” markalı neftin bir barelinin qiyməti ilin əvvəlində 100 dollar idisə, mart ayından etibarən daha da yüksələrək 135,99 dollar oldu. Neftin qiymətinin yüksək olması ölkənin valyuta ehtiyatlarının artması deməkdir, bu isə büdcə gəlirləri baxımından geniş imkanlar yaradır.

Ayrıca, 7-17 yaş qrupları üzrə “şərti təhsil yardımı” adı altında aylıq ən az 100 manat müavinətin verilməsini təklif edirik. Bilirsiz ki, bir ədəd məktəbli geyim dəsti üçün 45-55 manat, məktəbli çantası üçün 35-85 manat, məktəbli ləvazimatları üçün ən az 80-100 manat sərf olunur, bir uşağın məktəbə yollanması üçün valideyn minimum 150-250 manat vəsait ayırmalıdır. Ölkədə minimum əmək haqqının 300 manat, ortalama əmək haqının isə 400-500 manat olduğu bir şəraitdə aylıq məvacibin təqribən 50-60%-i yalnız bir uşağın məktəb xərci təşkil edəcək. Bir ailədən iki, üç və hətta daha çox uşağın məktəbə getdiyi ailələr var.

Hökumətimiz əgər düşünürsə ki, 7-17 yaş qrupları üzrə aylıq uşaqpulunun verilməsi ilə büdcəyə yük düşəcək, o zaman alternativ olaraq təklif edirik ki, 7 yaşı tamam olan hər bir uşaq üçün bank hesabı açılsın, aylıq müavinətlər bank hesabına toplansın və uşağın 18 yaşı tamam olduqda toplanan vəsait onun istifadəsinə verilsin. Həmin müddət ərzində isə bank vəsaiti iqtisadiyyata investisiya edə bilər. 18 yaşı tamam olan vətəndaş həmin vəsaiti alaraq ali təhsilinə xərcləyə bilər. Məlumdur ki, ölkəmizdə ali məktəblərə qəbulun 69%-i ödənişli əsaslarla aparılır. İllik təhsil haqları isə universitetlərimizdə 2500-6500 manat arasında dəyişir. İllik 2500 manat təhsil haqqı, aylıq ortalama 350-400 manat əmək haqqı alan vətəndaşın illik gəlirinin 60%-ni təşkil edir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Ən çox oxunanalar