Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

57 saylı Kürdəmir seçki dairəsində ciddi qanun pozuntuları baş verib - Foto, Video

“9 fevral 2020-ci il tarixində Azərbaycanda baş tutan növbədənkənar parlament seçkiləri zamanı 57 saylı Kürdəmir seçki dairəsinin müxtəlif məntəqələrində ciddi şəkildə qanun pozuntuları baş verib”...

Bu barədə Moderator.az-a seçkilərin gedişatını yaxından izləmək üçün müəyyən məntəqələr üzrə bölünən KİV nümayəndələri bildirib. Müşahidələr zamanı jurnalistlərin iştirakı məntəqə sədrləri tərəfindən müsbət qarşılanmayıb. Onlar müxtəlif təzyiqlər və bəhanələr gətirərək jurnalistləri seçkinin keçirildiyi məkanlardan kənarlaşdırmağa çalışıblar. Və 4, 10, 12, 20, 21 saylı məntəqələrdə buna nail ola biliblər. Onlar öz hüquqlarını xatırlatmağa çalısalar da bu müsbət nəticə verməyib. Jurnalistlərin seçkiləri yaxından izləmək hüquqları kobud surətdə pozulub. Mərkəzi Seçki Komissiyasına müraciətlərdən sonra onların bir hissəsi yenidən məntəqəyə dönə bilib. Qeydə alınan pozuntular jurnalist və operatorların hədəfindən yayınmayıb.

Müşahidələr zamanı məntəqələrə gedən seçicilərin bir çoxunun barmağı yoxlama kontrolundan keçmədən, bəzilərində isə spreylərin tətbiq edilmədiyi üzə çıxıb. Və hətta spreylərin yanlış ələ vurulması halları da media nümayəndələri tərəfindən aşkarlanıb.
Seçki kabinələrinin arxasında yalnız bir seçicinin iştirak etmə hüququ olduğu halda, iki-üç nəfərin toplaşması və hətta ailə üzvlərinin bir-birinə adla kimə səs verəcəyi ilə bağlı göstərişləri Kürdəmirin əksər seçki məntəqələrində müşahidə olunub.

Bundan başqa, jurnalistlərin bir neçəsi məntəqə əməkdaşları tərəfindən təhqir edilərək, həm fiziki, həm də mənəvi cəhətdən alçaldılıb.

Jurnalistlər tərəfindən “karusel” əməliyyatlarının üstü açılan zaman onlara kobudluqla və təhqirlə hədə-qorxular gəlinib. Hətta jurnalistlərdən birinə ikinci dəfə seçkiyə qatılması aşkar edildi zaman avtomobillə ayağının üstündən keçərək xəsarət yetirilib.

Bir çox məntəqələrdə jurnalistlərə və komissiya üzvlərinə sədrlər tərəfindən seçicilərin iştirakı ilə bağlı rəqəm sayı göstərilməyib. Göstərilən məntəqələrdə isə yekun hesablamalar nəticəsində rəqəm sayları üst-üstə düşməyib.

Qeyd edək ki, bütün bu faktlar KİV nümayəndləri tərəfindən video görüntülərlə sübut olunub. Həmin videoların bir neçəsini təqdim edirik:

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Ən çox oxunanalar