Cümə axşamı, 07 Dekabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

31 ildən sonra meyitinin qalıqları Şuşada tapılan şəhid Şamaxıda dəfn edilib - Yenilənib

Birinci Qarabağ müharibəsi zamanı Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşən və 31 ildən sonra meyitinin qalıqları Şuşa rayonunun Daşaltı kəndində tapılan Elmar İnqilab oğlu Məmmədov dəfn edilib...

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, şəhidin meyitinin qalıqları Şamaxı rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidin tabutuna bükülmüş Azərbaycanın Dövlət Bayrağı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin rəisi polkovnik Rusif Babayev tərəfindən şəhidin böyük oğlu İlkin Məmmədova təqdim olunub.

Qeyd edək ki, Elmar Məmmədovun iki oğlu var və onlar Bakı şəhərində yaşayırlar.

***

Birinci Qarabağ müharibəsi zamanı Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşən və 31 ildən sonra meyitinin qalıqları Şuşa rayonunun Daşaltı kəndində tapılan Elmar İnqilab oğlu Məmmədovun nəşi ailəsinə təhvil verilib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, vida mərasiminin keçirilməsi üçün şəhidin cənazəsi Şamaxı şəhərinə gətirilib.

Şəhidin cənazəsini şəhərinin girişində Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq mühafizə orqanı əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələri qarşılayıblar. Daha sonra şəhidin nəşi cənazə namazı qılınması üçün Şamaxı rayon Cümə məscidinə gətirilib və vida mərasimi təşkil olunub.

Vida mərasimində rayon ictimaiyyətinin nümayəndələri, şəhidin ailəsi və yaxınları iştirak edirlər. Mərasim başa çatdıqdan sonra Elmar Məmmədovun meyitinin qalıqları Şamaxı rayon Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Məmmədov Elmar İnqilab oğlu 1967-ci il may ayının 25-də Bakı şəhərində anadan olub. O, 1992-ci il yanvar ayının 26-da Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkin düşüb. Şuşanın Daşaltı kəndi düşmən işğalından azad olunduqdan sonra orada kütləvi məzarlıq aşkarlanıb. Ekspertiza zamanı meyit qalıqlarının birinin Elmar Məmmədova aid olduğu təsdiqlənib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Britaniya iki türk ölkəsinə sanksiya tətbiq etdi

Azərbaycan-Gürcüstan sərhədində 20 kilometrlik tıxac yarandı - Video

Bakı və Abşeronda bu fərdi yaşayış evləri təmir olunacaq

DİN-dən xəbərdarlıq: “Beş min manatadək cərimələnə bilərsiniz” - Foto

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib - Yenilənib

Azərbaycan Türkiyənin turizm bölgələrinə şərab ixrac etmək istəyir

İtaliya “Bir Kəmər-Bir Yol” layihəsindən çıxır

Harada gəldi qəza işıq siqnalını yandırmaq olmaz - İzah

Ərdoğan İsveçin NATO-ya qəbuluna cavab olaraq ABŞ-dən F-16-lar istəyib

TOKİ rəhbəri: “Zəlzələ bölgəsinin yenidən qurulmasında Azərbaycan mühüm rol oynayır” 

Ən çox oxunanalar