Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

30 min iş yeri bu adamlar üçün açılacaq - təfsilat

Ödənişli ictimai işə cəlb olunanlara minimum əmək haqqı miqdarında maaş verilir

Fevralın 13-də Beyləqanda səfərdə olan prezident İlham Əliyev bildirib ki, bu il 30 min nəfər ödənişli ictimai işlərə cəlb olunub.

Qeyd edək ki, bu barədə prezident regionların sosial-iqtisadi inkişafına dair 3-cü proqramın yekunlarına həsr olunmuş konfransda da məlumat verib:

“O bölgələrdə ki, işsizlik var, biz o bölgələrdə işsizliklə mübarizə aparmaq üçün ictimai işlər açmışıq. Bir neçə ildir ki, bu təşəbbüs reallaşır və ictimai işlərdə minlərlə insan işləyir və əmək haqqı alır”.

Öğdənişli ictimai işlər nədir? Ora kimlər cəlb olunur? Suallarımıza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu proses prezident İ.Əliyevin təşəbbüsü əsasında hazırlanmış “İşsizin DOSTU” proqramı çərçivəsində həyata keçirilir. Proqramın icrasına bu il yanvarın əvvəlindən start verilib. Nazirliyin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən proqram çərçivəsində bu il 30 min nəfərin belə işlərə cəlb olunması nəzərdə tutulur. İndiyədək artıq 25 min nəfər işlə təmin olunub, qalan 5 min nəfərin də fevralın sonunadək təmin olunması nəzərdə tutulur: “Proqram çərçivəsində ictimai işlərə cəlb olunan vətəndaşlar rayon (şəhər) məşğulluq mərkəzlərində iş axtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslər arasından müəyyən edilirlər. Bu zaman həssas qruplardan olanlara (əlilliyi olanlara, məcburi köçkünlərə, şəhid ailəsi üzvlərinə və b.) üstünlük verilir. ”Məşğulluq haqqında" Qanununa əsasən, haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə təşkil edilir və bu iş yerləri ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyır. Ödənişli ictimai işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s. daxildir".

Proqram çərçivəsində ictimai işlərə cəlb olunanların hər biri ilə əmək müqaviləsi bağlanır:

“Müqavilə nazirliyin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində qeydiyyatdan keçirilərək rəsmiləşdirilir. Bu da həmin şəxslərin sosial sığorta sistemində qeydiyyata alınmaqla, gələcəkdə pensiya hüquqlarının yaranmasına əsas yaradır, yaxud mövcud fərdi hesablarında pensiya kapitallarını artırmalarına imkan verir. Onlara əmək haqqı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ”DOST İş Mərkəzi" tərəfindən ödənilir və işlərin xarakterindən, əmək funksiyasından asılı olaraq əmək haqqı müəyyən olunur. İşçinin sosial sığorta, habelə işsizlikdən sığorta ödənişləri də “DOST İş Mərkəzi” tərəfindən həyata keçiriləcək".

“İşsizin DOSTU” proqramı çərçivəsində əmək müqaviləsi işçi ilə 1 illik bağlanır və müvəqqəti xarakter daşıyır:

“Gələcəkdə isə işçinin istəyindən asılı olaraq müqavilə müddəti artırıla bilər. Bu işçilər günün bir hissəsi, yaxud həftənin müəyyən günlərində işləyir”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin “Yeni Müsavat”ın sualına cavab olaraq verdiyi məlumata görə, ödənişli ictimai işlərə görə vətəndaşlara minimum əmək haqqı miqdarında əmək haqqı verilir:

“Bu, cənab prezidentin çox nəcib təşəbbüsüdür. Dünən Beyləqanda olanda da vurğuladı ki, bu il 30 min insan belə müvəqqəti işlə təmin olunacaq. Xüsusi olaraq vurğulayım ki, bütün rayonlar bu proqramla əhatə olunur. Hər rayon üzrə kvota müəyyənləşdirilib. 30 min nəfər rayonlar üzrə bölünüb, işlə təmin olunur. Onlara verilən əmək haqqı martın 1-dən 180 manat olacaq”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar