Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“30 ildə heç dəyişmədik” – Hərbi ekspert

"Bunlar elə bir cəfəngiyyatdır ki, 30 ildir müharibə şəraitində olan cəmiyyət üçün buna inanmaq sadəcə, biabırçılıqdır”.

PİA.az xəbər verir ki, bunu ehtiyatda olan zabit, hərbi ekspert Nazim Bayram deyib.

Onun sözlərinə görə, ordunun real problemləri qalıb kənarda, hamı satqın axtarışına çıxıb, dəbdə olan mövzu budur:

"Müharibə vaxtı savadsız fərarilər deyirdilər ki, özümüzünkülər özümüzünküləri arxadan vurub, öldürüb, aparıb avtomatlarını satırlar. Bir az savadlı fərarilər isə ağıllı "vid-fason”la deyirdilər ki, rus peykdən hamını görür, bizim yeri ermənilərə deyir, ona görə də döyüşməyin xeyri yoxdur. İndi yeni miks-versiya var: "daxildəki satqınlar generalların koordinatlarını verib, onları vurdurub, bizi məğlub etdirirlər”. Bunlar elə bir cəfəngiyyatdır ki, 30 ildir müharibə şəraitində olan cəmiyyət üçün buna inanmaq sadəcə, biabırçılıqdır. Bunu hətta şərh etmək, təkzib etmək mənə dəhşətlidir. Görün, biz düşüncədə haradayıq, nə qədər avamıq ki, qorxaqlıqla səthi savadın qarışığından alınmış miflərə necə də inanırıq”.

N. Bayramın fikrincə, hazırda cəfəngiyyatlara inanan insanların nə isə öyrənmək, bir az dərinə baş vurmaq həvəsləri yoxdur:

"30 ildə zərrə qədər dəyişmədik, 30 ildə hərbi biliklərə həvəs göstərmədik, 30 ildir hərb haqqında "fikir liderlərimiz” fərarilərdir. Çünki onların versiyalarının "bazarı” böyükdür. Həvəs hay-huya, sonra da hay-küyədir. Buna görə də deyirik ki, müharibəni həm xaricdəki, həm də daxildəki qüvvələrlə aparırıq. Ordunun real problemləri qalıb kənarda, hamı satqın axtarışına çıxıb, dəbdə olan mövzu budur. Hazırda biz hamımız əks-kəşfiyyatçıyıq”.(Sfera.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Şamaxıda III Üzüm və Şərab Festivalına start verilib    

Ən çox oxunanalar