Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“3+3” formatı Azərbaycan-Ermənistan sülhünə hansı töhfələr verə bilər?

Nikol Paşinyan bildirib ki, Ermənistan “3+3” formatı çərçivəsində görüşlər keçirməyə hazırdır...

Politoloq: “Ermənistan öz ənənəvi siyasətindən əl çəkməyib. Biz bunun Paşinyan iqtidarına tam yönəlik söyləyə bilərik”.

Ermənistanın “3+3” formatı çərçivəsində görüşlər keçirməyə hazır olması o anlama gəlmir ki, Yerəvan Zəngəzur dəhlizini açacaq və Azərbaycanın istədiyi şərtlərlə sülh müqaviləsini imzalayacaq”.

Bu sözləri politoloq Əhəd Məmmədli Ermənistan “3+3” formatı çərçivəsində görüşlər keçirməyə hazır olduğunu bəyan etməsini Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistan “3+3” formatı çərçivəsində görüşlər keçirməyə hazırdır. Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib. Aydın məsələdir ki, əgər Paşinyan bu formatda görüşlərin baş tutmasına hazırdırsa, onda Ermənistan tərəfi nəqliyyat dəhlizlərinin açılması ilə bağlı real addımlar atmalıdır. Bəs bu real addımların Ermənistan tərəfindən atılması gözləniləndir və “3+3” formatı Azərbaycan-Ermənistan sülhünə hansı töhfələr verə bilər?

Mövzunu Poliqon-un əməkdaşı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli ilə müzakirə edib.

Əhəd Məmmədli: “Ermənistan nəqliyyat dəhlizlərinin açılmasının onların nəzarəti altında olmasını istəyir. Bu da təbii ki, Azərbaycan üçün qəbuledilməzdir”.

Zəngəzur dəhlizinin açılması və ona Rusiyanın, yaxud da beynəlxalq qüvvələrin nəzarət etməsi üçün Ermənistanın razılığa gəlməsini Azərbaycanın güc yolu ilə həll etməli olduğunu düşünən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, əks halda Ermənistan nəqliyyat dəhlizlərinin açılmasına razı olmayacaq:

Ermənistan öz ənənəvi siyasətindən əl çəkməyib. Biz bunun Paşinyan iqtidarına tam yönəlik söyləyə bilərik. Onlar eyni vaxtda bir neçə stolda oturmaq istəyir. Ermənistanın son zamanlarda Qərblə, Fransa, Almaniya və Avropa İttifaqı ilə yaxınlaşmasına görə regionda təkləndiyini gördü. Onlar anladılar ki, Ermənistanın bu siyasətindən bütün region ölkələr narazıdır. Yəni, Ermənistanın apardığı siyasətə Gürcüstan neytral vəziyyətdədir, qalan Azərbaycan başda olmaqla Türkiyə, Rusiya, İran narazıdır.

Amma Ermənistanın “3+3” formatı çərçivəsində görüşlər keçirməyə hazır olması o anlama gəlmir ki, Yerəvan Zəngəzur dəhlizini açacaq və Azərbaycanın istədiyi şərtlərlə sülh müqaviləsini imzalayacaq. Ermənistan nəqliyyat dəhlizlərinin açılmasının onların nəzarəti altında olmasını istəyir. Bu da təbii ki, Azərbaycan üçün qəbuledilməzdir.

Düşünürəm ki, Zəngəzur dəhlizinin açılması və ona Rusiyanın, yaxud da beynəlxalq qüvvələrin nəzarət etməsi üçün Ermənistanın razılığa gəlməsini Azərbaycan güc yolu ilə həll etməlidir. Əks halda Ermənistan Zəngəzur dəhlizinin açılmasına razı olmayacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar