Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2023-cü ilin yanvar-iyun aylarında orta illik inflyasiya 12,7% olub

Bu ilin əvvəlinə nisbətən inflyasiya bir qədər zəifləsə də, ikirəqəmli olaraq qalmaqda davam edib, həm daxili, həm də xarici amillər inflyasiyaya təsir edib...

Poliqon xəbər verir ki, bu, Hesablama Palatasının “Dövlət büdcəsinin icrası barədə yarımillik məlumata xülasəsi”ndə yer alıb.

Qeyd edilib ki, 2023-cü ilin yanvar-iyun aylarında orta illik inflyasiya 12,7% olub, ilin əvvəli ilə müqayisədə sürəti bir qədər zəifləyib (2022-ci ildə orta illik inflyasiya 13,9%). İstehlak səbətinə daxil olan bütün alt qruplar üzrə qiymət artımı ikirəqəmli qalmaqda davam etmiş, baxılan dövrdə də ən yüksək bahalaşma ərzaq məhsulları üzrə qeydə alınıb (15,1%).İyun ayında əvvəlki aya nəzərən 0.9%-lik deflyasiya müşahidə edilib.

Hesabat dövründə orta illik inflyasiyanın ikirəqəmli qalması həm xarici, həm də daxili amillər ilə izah edilir. Belə ki, yanvar-iyun aylarında idxal olunan mallar orta illik qiymətləndirmədə 18,9% bahalaşıb, AMB tərəfindən sterilizasiya əməliyyatlarının tətbiqi fonunda manatla pul bazası iyun ayının sonunda illik ifadədə 17,6% artıb. Baxılan dövr ərzində istehsalçı qiymət indekslərində də artım izlənib. Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi idxal inflyasiyasını bir qədər neytrallaşdırmış və inflyativ proseslərə azaldıcı təsir edib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Ən çox oxunanalar