Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2019-cu ilin vergi güzəştləri iqtisadiyyata nə vəd edir?

Ekspert: “Vergi güzəştlərinin bir hissəsi sosial sığorta vasitəsilə büdcəyə qayıdacaq”

“Bu yenilik vətəndaşların bərabər vergi öhdəlikləri hüququnun pozulmasına səbəb olacaq. Bu, konstitusiyada nəzərdə tutulmuş hüquqdur. Hesab edirəm ki, bu yenilik tətbiq olunduğu təqdirdə ayrı-seçkiliyə səbəb olacaq”.

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli 2019-cu uk büdcə layihəsində vergi sistemində həyata keçirilməsi gözlənilən yeniliyi şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Gələn ilin büdcə layihəsində 2019-cu ildə büdcə-vergi siyasətinin əsas prioritetini muzdla çalışanların gəlirləri ilə bağlı islahatın həyata keçirilməsi təşkil edir. Bu islahatın əsasını neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdlu işdən aylıq gəlir vergisinə güzəştin müəyyən edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə yükün işəgötürən və işçi üzərinə düşən nisbətlərin tənzimlənməsi təşkil edir.

Eyni zamanda bütün sahələrdə muzdla işləyən fiziki şəxslər üzrə gəlir vergisinə cəlb edilməyən məbləğ 173 manatdan 200 manatadək artırılır.Belə ki, aparılacaq islahat nəticəsində ilk növbədə ödəyicilərin əhəmiyyətli hissəsinin vergi və məcburi dövlət sosial sığorta haqları ödənişləri üzrə ümumi yükünün azladılması, qeyri-rəsmi məşğulluğun azaldılmasına yönəldilən tədbirlərin tətbiqi hədəflənir. İslahatla 1 yanvar 2019- cu il tarixdən başlayaraq 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdlu işləyən fiziki şəxslərin aylıq gəlirləri 8000 manatadək olduqda gəlir vergisi üzrə 100 faiz, 8000 manatdan çox olduqda isə 44 faiz güzəştin edilməsi nəzərdə tutulub.

Maraqlıdır ki, vergi sistemində 2019-cu ildə tətbiq ediləcək bu yenilik nə vəd edir? Bu islahat Azərbaycanda xırda və orta biznesin inkişafına təkan verə bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı ekspert Natiq Cəfərlinin fikirlərini öyrənib.

Natiq Cəfərli: “Neft sahəsində çalışanların gəlir vergisini ödəməsi indiki qaydada davam etdiyi halda qeyri-neft sektorunda çalışanların yeni qayda ilə vergi ödəməsi ədalətli yanaşma olmayacaq”.

Vergi güzəştlərinin iqtisadi inkişafın artmasında mühüm rol oynadığını qeyd edən iqtisadçı Natiq Cəfərliyə görə, nəzərdə tutulan yenilik düzgün şəkildə həyata keçirilərsə, iqtisadi artıma müsbət təsir edə bilər:

“Vergi sistemindəki məlum yenilik hələlik təklif şəkilində verilib. Onun parlamentdə müzakirəsi və təsdiqi nəzərdə tutulub. Ola bilər ki, müəyyən dəyişikliklər baş versin və gələn ildən muzdla çalışan insanlara gəlir vergisi tətbiq olunsun. Ancaq burada maraqlı detal ondan ibarətdir ki, yenilik ancaq qeyri-neft sektorunda çalışanlara aid ediləcək.

Əslində vergi tətilinin olması yaxşı bir haldır. Belə ki, vergi öhdəliklərinin azalması müəyyən dərəcədə vətəndaşlara xeyir verə bilər. Lakin bir məsələ var ki, vətəndaşlar tərəfindən sosial sığorta fonduna ödəmələr artacaq. Demək olar ki, vergi güzəştlərinin bir hissəsi sosial sığorta vasitəsilə büdcəyə qayıdacaq.

Bu halda bir sıra suallar ortaya çıxır. Belə ki, bu yenilik vətəndaşların bərabər vergi öhdəlikləri hüququnun pozulmasına səbəb olacaq. Bu, konstitusiyada nəzərdə tutulmuş hüquqdur. Hesab edirəm ki, bu yenilik tətbiq olunduğu təqdirdə ayrı-seçkiliyə səbəb olacaq. Neft sahəsində çalışanların gəlir vergisini ödəməsi indiki qaydada davam etdiyi halda qeyri-neft sektorunda çalışanların yeni qayda ilə vergi ödəməsi ədalətli yanaşma olmayacaq. Bu amil neft sektorunda çalışanlara qarşı doğru addım olmaya bilər.

Digər tərəfdən, bu yeniliyin neft sektorundakı hansı sahələrə aid ediləcəyi hələlik məlum deyil. Məlumdur ki, neft sahəsində sırf neftçıxarmada iştirak edən şəxslərlə yanaşı, SOCAR-a xidmət göstərən sahələrdə və eyni zamanda neft sahəsində fəaliyyət göstərən servis şirkətlərində çalışan şəxslər də var.

Natiq Cəfərli: “Bu yenilik xırda və orta biznesin inkişafına, qeyri-neft sektoruna müəyyən dərəcədə təsir edə bilər”.

Ümumilikdə nəzərdə tutulan yeniliyi təşəbbüs olaraq müsbət hal kimi qiymətləndirmək olar. Lakin hesab edirəm ki, bu mövzuda sona qədər müzakirə aparılmayıb və bütün nüanslar nəzərə alınmayıb. Bu baxımdan cəmiyyət və ciddi ekspertlər səviyyəsində media və televiziyalar vasitəsilə bu məsələnin ciddi müzakirəsinə ehtiyac var. Çünki gələcəkdə yarana biləcək problemlər bu gün müzakirə edilərək yoluna qoyula bilər.

##relatedPostMilli##

Əgər bu problemlər gələcəkdə yaranacaqsa, qanunda dəyişiklik etməyə məcbur olacaqlar. Bu isə heç də yaxşı hal deyil. Bu yenilik xırda və orta biznesin inkişafına, qeyri-neft sektoruna müəyyən dərəcədə təsir edə bilər. Hətta təsir etməlidir. Ancaq təkrar qeyd edim ki, bu məsələdə diqqət edilməli xüsusi nüanslar var. Çünki sosial sığorta məsələsində daha çox ödəmələr olacaq. Bu baxımdan balansı tapmaq lazım olacaq. Ümumi mənada vergi güzəştləri sahibkarlığın inkişafında, insanların məşğulluğunun, iqtisadi aktivliyinin artmasında mühüm rol oynayır”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

Arda Gülər kimdir? – 9 yaşında oynamağa başlayıb, 19 yaşında ulduz olan futbolçu

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Baş nazirin müavini Əli Əhmədov parlament seçkiləri ilə əlaqədar məzuniyyətə çıxacaq

Ən çox oxunanalar