Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

200 ildir itmiş hesab olunan ağac tapıldı: Dünyada cəmi dörd ədəddir - Foto

Braziliyada əbədi olaraq itdiyi güman edilən holli ağacı (“Ilex sapiiformis”) yenidən kəşf edilib..

Dünyanın tanınmış botanikləri son 186 il ərzində onun axtarışı ilə məşğul olublar. Nəhayət iki əsr sonra bu növdən dörd ədəd tapılıb.

Holli sonuncu dəfə 1838-ci ildə təbiətşünas Corc Qardner tərəfindən görülüb. Həmin vaxtlar Braziliyanın Atlantik tropik meşələri indi bildiyimizdən qat-qat geniş olub - bu gün həmin ərazinin təxminən 85 faizində meşələr qırılıb.

Bundan əvvəl əbədi olaraq itmiş hesab olunan hollilərin hamısı İqarassuda şəhərində aşkar edilib. Alimlər hesab edirlər ki, bu ağaclar “Ilex sapiiformis”in bütün planetdəki son nümayəndələridir.

Heç bir ciddi dəlil olmasa da, elm adamları hələ də ümid edirlər ki, aşkar edilən dörd ağac öz növünün sonuncuları deyil. Gələcəkdə elm adamlarını bu nümunələri mümkün qədər qorumaq və onların çoxaltma proqramını qurmaq kimi çətin işlər gözləyir.

Poliqon.info


Etiket: itmiş ağac


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Ən çox oxunanalar