Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"TTY həkimlərinə boğulma ehtimalı ilə 4 nəfər müraciət edib"

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir...

Binə ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat Təcili Tibbi Yardıma saat 1:10-da daxil olub. Hadisə yerinə gələn təcili tibbi yardım

briqadasının həkimlərinə tüstüdən boğulma ehtimalı ilə 4 kişi müraciət edib.

Məlumata görə, onlardan üçünə yerində yardım göstərilib, bir nəfər isə 1 saylı Xəstəxananın Toksikologiya şöbəsinə çatdırılıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi də yanğının qarşısının alınması istiqamətində görülən işlər barədə açıqlama yayıb. Məlumatda qeyd olunub ki, saat 00:41-də Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Binə bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.Saat 00:46-da ilk yanğın avtomobili hadisə yerinə çatıb. “3 saylı çağırış” elan edilib. Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 ədəd texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 ədəd texnika, Mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 ədəd texnika cəlb olunub. Yanğın nəticəsində ticarət mərkəzində bir-birinə bitişik qarışıq mallar və müxtəlif təyinatlı mağazaların yanar konstruksiyaları və içərisində olan mallar, təqribən, 2500 m2 sahədə yanıb. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğının saat 02:22-də məhdudlaşdırılıb və 02:46-da söndürülüb. (APA)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Sumqayıtda ana üç uşağını və özünü zəhərləyib - Yenilənib

Ermənistan 24 mövqedən geri çəkilir - Mikaelyan

Tehran Rəisinn helikopterinin qəzaya uğraması ilə bağlı yeni təfərrüatlar açıqlayıb

Minlərlə insan Quma Rəisi ilə vidalaşmağa gəlir - Foto

Məhkəmə özünü 12-ci imam kimi təqdim edən şəxslə bağlı qərar verdi

Ən çox oxunanalar