Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Tiflis separatçıları həbs etməli, İrəvana nota verməlidir"

"Gürcüstan hakimiyyəti bu kimi təxribatları seyr etməklə növbəti dəfə ermənilərin sıx məskunlaşdığı Cavaxetiyada separatizmə məruz qalacaq"

"Gürcüstan hakimiyyətinin Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın yaratdığı qondarma Dağlıq Qarabağ rejiminin Abxaziyada keçirilən “tədbirlərə” qatılmasına seyrçi qalması rəsmi Tiflisin növbəti dəfə separatizmlə üzləşə bilməsinə gətirib çıxara bilər".

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Qeyd edək ki, qondarma Dağlıq Qarabağ rejiminin “xarici işlər naziri” bu günlərdə Suxuminin işğal olunmasının 25 illiyi ilə bağlı bu şəhərdə keçirilən tədbirdə iştirak edib və separatçı rejimin başçısı Bako Saakyanın təbrik məktubunu oxuyub.

M.Əsədullazadə deyib ki, Qarabağ separatçıları Gürcüstanın beynəlxalq səviyyədə tanınmış ərazisinə Ermənistanın verdiyi pasportlarla səfər ediblər:

“Bu, həm hüquqi cəhətdən Ermənistan vətəndaşlarının rəsmi Tiflisin icazəsi olmadan onun işğal olunmuş ərazilərinə qanunsuz səfəri, həm də Ermənistanın Gürcüstanın ərazi bütövlüyünə qarşı qəsdidir. Bununla bağlı Gürcüstan Ermənistana əlində olan rıçaqlarla təzyiq etməli, İrəvandan izahat tələb etməlidir”.

Politoloq qeyd edib ki, erməni separatçıları məhz Gürcüstan ərazisindən – Abxaziyadan bu ölkə əleyhinə bəyanatlar verməklə, digər bölgələrdə separatizmin alovlanmasına zəmin yaradırlar: “Onlar xüsusilə ermənilərin sıx məskunlaşdığı Cavaxetiyanın ayrılmasına çalışırlar. Bununla bağlı rəsmi Tiflis Ermənistana nota verməli və sərhədlərini qanunsuz keçən, buradan separatizmi dəstəkləyən Qarabağ separatçıları ilə bağlı Beynəlxalq Cinayət Polisi İdarəsi – “İnterpol” xətti ilə axtarış elan edib onları həbs etdirməlidir.

Gürcüstan hakimiyyəti bu kimi təxribatları seyr etməklə növbəti dəfə ermənilərin sıx məskunlaşdığı Cavaxetiyada separatizmə məruz qalacaq. O zaman isə Tiflis üçün gec olacaq. Zənnimcə, Azərbaycan da bu barədə Gürcüstan hakimiyyətinə müraciət etməli və separatçı ünsürlərə qarşı birgə mübarizə aparmalıdırlar”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Ən çox oxunanalar