Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qarabağ münaqişəsinin yeni mərhələsi başlayıb" - Tofiq Zülfüqarov

Son günlər Ermənistanla sərhəddə və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə erməni təxribatlarının sayı artıb.

Bu gün isə rus sülhməramlıların müvəqqəti yerləşdiyi Laçın rayonu istiqamətində erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində əsgər Anar Rüstəm oğlu Kazımov şəhid olub.

Bəs, erməni təxribatlarının səbəbi nədir? Separatçılar bununla nəyə nail olmaq istəyirlər?

Məsələ ilə bağlı sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Bakupost.az-a açıqlama verib.

Sabiq nazir hesab edir ki, bu təxribatlar hansısa böyük hadisələrin anonsalarıdır:
:
“İkinci Qarabağ müharibəsindən dərhal sonra başlayan danışıqlar və sülhə yönəlmiş addımlar son vaxtlar Ermənistan tərəfindən tam şəkildə bloklanıb. Artıq açıq bəyan etməyə başlayıblar ki, onların məqsədi Qarabağ məsələsini yeni mərhələyə gətirməkdir. Bu deməkdir ki, onlar 30 ildə olduğu kimi, Azərbaycana yenidən ərazi iddiaları irəli sürmək və anneksiya siyasətini davam etmək istəyirlər. İndiki mərhələdə görürük ki, xarici amillər də bu proseslərdə daha aktiv olmağa başlayıblar”.

T. Zülfüqarovun sözlərinə görə, Ermənistan bölgədə rus sülhməramlılarını Qərb qüvvələrinin əvəzləməsini istəyir:

“Bu proseslər nədən ibarətdir? Biz artıq görürük ki, Ukrayna-Rusiya müharibəsindən sonra bölgədə Rusiyanın mövqeləri zəifləyir. Həmişə Rusiya Ermənistana təhlükəsizlik qarantiyası verməklə, onun işğalçı siyasətini dəstəkləyib. Amma indiki mərhələdə Rusiyanın imkanları daralıb. Ehtimallar var ki, bölgədə Rusiyanın hərbi-siyasi nüfuzu kəskin şəkildə azalacaq. Bu ərəfədə Ermənistan siyasətçiləri yaxşı başa düşür ki, Rusiya burada zəifləsə, Azərbaycan-Türkiyə tandemi bölgədə dominant güc olacaq. Onlar məcbur olacaqlar ki, bu dominant gücə tabe olsunlar. Bundan ehtiyat edir və istəyirlər ki, Rusiyanı burada hansısa Qərb qüvvələri əvəz etsin. "Qərb qüvvələri" dedikdə hansısa ölkə və təşkilatların müşahidəçiləri, yaxud sülhməramlılarının rusları əvəz etməsi nəzərdə tutulur. Buna nail olmaq üçün silsilə təxribatlara əl atırlar".

Politoloq münaqişənin yeni mərhələsinin başladığını diqqətə çatdırıb:
“Münaqişənin yeni mərhələsinin gəlməsinə baxmayaraq, Azərbaycan hazırlıqlı və güclü vəziyyətdədir. Düşmənlərimiz hələ də imkan vermir ki, bölgədə sülh bərqərar olunsun. Son vaxtlar Ermənistana ard-arda müxtəlif səviyyələrdə səfərlər baş verir, telefon zəngləri olur. O cümlədən Rusiya tərəfindən zənglər artıb. Bu bir növ onlar arasında gərginliyin olmasına işarədir. Əvəzləmək prosesi isə bir qədər fərqlidir. Bəlkə də hansısa beynəlxalq təşkilatın adı altında, yaxud sülhməramlılar şəklində Qərbdən hansısa qüvvələr buraya yerləşdirilə bilər. Bir məsələni nəzərə almalıyıq ki, Rusiya zəifləyir. Amma eyni zamanda digər bir proses gedir. Yəni, sanksiyalar altında olan Rusiya Zəngəzur dəhlizində çox maraqlıdır. Bu dəhlizlə onun imkanı olacaq ki, həm İran, həm də Türkiyə ilə iqtisadi əlaqələri davam etdirsin. Yəni, burada gedən prosesləri böyük prosesin bir hissəsi hesab etməliyik. Rusiya-Qərb, Çin-Qərb kimi mürəkkəb proseslərin bu və ya digər şəkildə bu bölgəyə təsiri istisna olunmur. Biz bu hadisələrə demək olar ki, hazırıq. Çünki Azərbaycan-Türkiyə müttəfiqliyi bizə imkan verir ki, bu məsələlərdə biz daha da sığortalanmış vəziyyətdə olaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar