Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Papa Qarabağ və türk-erməni münasibətləri üçün dua edib


Ermənistanda səfərdə olan Roma Papası Fransisk İrəvanın mərkəzi meydanındakı mərasimdə çıxış edərkən Qarabağ münaqişəsi və Ermənistan-Türkiyə münasibətlərini ötəri də olsa, xatırlayıb


Musavat.com bu barədə erməni mətbuatına istinadən xəbər verir. “Xristianlığı ilk qəbul etmiş ölkə” kimi xarakterizə etdiyi Ermənistana səfər etməyi “çox arzuladığını” deyən Roma Papası kilsələrin möhkəm əlaqələrindən də bəhs edib. 

Daha sonra o, erməni-türk xalqları arasında barışığın, həmçinin Qarabağda sülhün əldə olunması üçün dua edib. Mərasimdə Ermənistan prezidenti Serj Sarkisyan və arvadı Rita Sarkisyan, Ermənistan parlamentinin sədri Qalust Saakyan və digərləri iştirak edib. 

Qeyd  edək ki, Roma Papası bundan əvvəlki çıxışında protokoldan kənara çıxaraq 1915-ci il hadisələrini “soyqırım” adlandırmaqla Türkiyə-Ermənistan və Qarabağ məsələsində nə dərəcədə “sülhpərvər” rol oynamaq istəyini nümayiş etdirib. Onun üzünü meydandakı erməni gənclərinə tutaraq “əziz gənclər, gələcək sizindir” məzmunlu müraciəti də S.Sarkisyanın gənclərə xitabən dediyi “Qarabağ məsələsini biz həll etdik, Ağrının taleyini siz həll edəcəksiniz” sayıqlamasına çox yaxındır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Qızıla yatırım etmək riskli hesab edilir - Video

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Ən çox oxunanalar