Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Ölkədə çox böyük miqyasda sosial bərabərsizlik var" - İqtisadçı-ekspert

Problemi inkar etmək onu həll olunmuş saymağın ən rahat yoludur...

 

Rusiyanın əmək naziri bəyan edib ki, yoxsulluq hazırda ölkənin ən kəskin problemlərinin başında gəlir. Ötən il yoxsulların sayı 200 min nəfər artıb və 20 mln. nəfərə yaxınlaşıb. Yəni ölkədə hər 7 nəfərdən biri yoxsuldur.

Rusiya, əlbəttə sosial-iqtisadi inkişaf səviyyəsinə görə inkişaf etmiş Qərbdən xeyli geri qalır. Amma bütün iqtisadi parametrlərinə görə geridə qalımış 3-cü dünya ölkəsi də deyil. Putin idarəçiliyinin bütün qüsurlarına baxmayaraq, bir üstünlüyü sosial-iqtisadi problemləri yeri düşəndə etiraf eləməsidir. Məsələn, 3-4 gün əvvəl də rəsmi şəkildə bəyan elədilər ki, ölkədə çox böyük miqyasda sosial bərabərsizlik var - ən kasıb və ən zəngin 10% əhalinin gəlirləri arasında fərq 15 dəfədir.

Bu ölkə öz vətəndaşları ilə yanaşı keçmiş SSRİ-nin 6-7 ölkəsinin vətəndaşlarına da çoxlu sayda iş və qazanc yeridir. Yəni iqtisadiyyatda pul var, iş yeri var, amma yoxsulluqdan, işsizlikdən əziyyət çəkirlər.

Bizdə 40-50 min nəfərin işlədiyi və ÜDM-nin azı 40%-ni formalaşdıran neft sektorunu saymasaq, iqtisadiyyat həddən artıq kiçikdir. Əmək qabiliyyətli insanların ən yaxşı halda üçdə birinin rəsmi və sosial cəhətdən mühafizə olunan iş yeri var, qalanları qeyri-formal məşğullardır və ya etiraf edilməyən gizli işsizlərdir, ən yaxşı halda mövsümi məşğullardır.

Median gəlirlər rəsmi orta maaşın heç 50%-nə çatmır. Aqrar sektorda əmək məhsuldarlığı mədən sənayesindən ən azı 80 dəfə aşağıdır.

Rusiya mənbələrinin məlumatına görə, ən azı 700 min nəfər soydaşımız bu ölkədə əməkçi miqrantdır. Orta və minimum maaşlar, pensiyalar Rusiyadan azı 2 dəfə geri qalır, qiymətlər arasında fərq isə nəzərəçarpacaq dərəcədə böyük deyil (Moskva və Piter istisna).

Amma bizim hökumət yoxsulluğun faktiki ləğv edildiyini (5%) bəyan edir.

Ən asan yolla biz gedirik. Problemi inkar etmək onu həll olunmuş saymağın ən rahat yoludur.

Yeri gəlmişkən, bizim statistikadan nə zamansa nisbi yoxsulluq, çoxölçülü metodla ölçülmüş yoxsulluq göstəricilərini də elan etməyi həsrətlə gözləyirəm.

Rövşən Ağayev - İqtisadçı-ekspert

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Gənc şairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Ən çox oxunanalar