Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Məni görəndə "sənətkarımsan" deyir..." - Brilliantdan Röyaya cavab

Xalq artisti Brilliant Dadaşova həmkarı Röya Ayxanla bağlı mediaya video-müraciət yayıb...

Müğənni həmkarının sözlərindən incidiyini gizlətməyib:

"Bayaqdan zəng vururlar, hamıya ayrı cavab vermirəm. Röyadan bunu heç vaxt gözləməzdim. Publikaya oynamaq yaxşı şey deyil. Röya bu mövzunu bilmirsə, deyərdi ki, xəbərim yoxdur. Xəbərdar olmadığın nədənsə danışmaq olmaz. Vətənpərvərlik hissləri ilə oynamaq yaxşı bir şey deyil. Qarabağ hamımızın yaralı yeridir. Qarabağlı deyiləm, amma azərbaycanlıyam.

Qarabağda döyüş bölgələrində dəfələrlə əsgərlərə mənəvi dəstək olmuşam. Lazım olan yerdə mübahisə etmişəm. Amma həkim olsaydım, müharibə şəraitində xəstə əsgər gətirsəydilər, müalicə edərdim. Diplomat olsaydım, masada oturub müharibə şəraitində olduğumuz dövlətlə söhbət edərdim.

Biz musiqidəyik. Bizim "Tərəkəmə", "Vağzalı" kimi musiqilərimizi yüksək səviyyədə dünyaya göstərirsə, ona "super" deyərəm. Bəlkə çox sənət insanlarının bizim xalq havalarından, mədəni irsimizdən xəbəri yoxdur. Mən Hüseyn Ərəblinskinin, Hökümə Nəcəfovanın, Süleyman Dadaşovun, Məlik Dadaşovun ailəsindənəm. Mənim üçün mədəni dəyərlər böyükdür.

Ailəmdən beş şəhid var. Röyaya görə məyus oldum, gözləmirdim. Məni görəndə "sənətkarımsan" deyən adamdan bunu gözləməzdim".

Qeyd edək ki, Röya "3D" verilişində Dadaş Dadaşlinskinin suallarına "Onda niyə şərhi sonra pozdu? Deməli, öz etdiyinə inanmaq istəmədi. Nə qədər desək də, musiqinin milliyəti yoxdur... Danışmadığım müğənninin mahnısını zümzümə edərəm. Amma millətimi incidənə "super" yazmaram.

Çünki mən qarabağlıyam, nəslim yurdundan ayrı düşüb, hamısının əziyyətini çəkirəm. Hələ bu qədər əziyyət qabağında "super" yazacam? Heç vaxt, istəyir mahnımı gözəl oxusun. Brilliant xanımla bu barədə razı deyiləm, bundan sonra da olmaram. Fikrini deyib, sonra, pozub" cavabını vermişdi.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Ən çox oxunanalar