Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Keşlə"nin baş məşqçisi "Qəbələ" ilə oyunun hakimliyindən şikayətlənib

"Qəbələ səfərinin çətin olacağını və rəqibin yaxşı formada olduğunu bilirdik".

"Report"un məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXI tur oyunundan sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis matça yaxşı hazırlaşdıqlarını bildirib: "Rəqib ilk "4-lük"dədir və sərgilədiyi oyun göz önündədir. Biz də məğlub olmaq istəmirdik. İlk hissədə görüşə nəzarət bizdə idi, hesabı da açdıq. Sadəcə, ikinci yarının əvvəlində qolu tez buraxdıq. Bundan sonra oyun aqressivləşdi və 10 nəfərlə qaldıq. 40 dəqiqə "Qəbələ"yə qarşı azlıqda oynamaq çox çətindir. Futbolçular əziyyət çəkdilər. Səfərdən 1 xalla qayıdırıq. Artıq növbəti oyunlara hazırlaşacağıq".

Qurbanov qarşılaşmanı idarə edən Fərid Hacıyevin gənc referi olduğunu xatırladıb: "Biz də istəyirik ki, referilərimiz inkişaf etsinlər. Amma ikinci hissədə cərimələr və vərəqələr bizim komandanın əleyhinə verilirdi. Qırmızı vərəqə epizoduna da baxmaq lazımdır. "Qəbələ"nin oyununa kölgə salmaq istəmirəm. Xırda "foul"lara görə aqressivləşdik. Sadəcə, qırmızı vərəqəyə soyuq başla baxmalıyıq. Orada qırmızı vərəqə yoxdursa, əlbəttə, referi nəticəyə təsir edib".

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Ən çox oxunanalar