Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Fransa bunlardan əl çəkməlidir" - Abdullayeva

Yalan çıxışlardan qurtulmağın vaxtıdır. Səhv və əsassız iddialar yaymaqla Fransa ictimai rəyə qeyri-sağlam ideyalar aşılamaqdan əl çəkməlidir.

Bu fikirləri Fransadakı səfirimiz Leyla Abdullayeva BFM televiziya kanalında çıxışında deyib.

Ermənilərin Qarabağ ərazisini tərk etməsi ilə bağlı BFM televiziya kanalına dəvət edilmiş səfir Leyla Abdullayeva bildirib ki, ermənilər öz istəkləri ilə gedirlər.

"Bu, etnik təmizləmə deyil, Azərbaycanı əsaslandırılmamış fikirlərlə ittiham edə bilməzsiniz. Yalan çıxışlardan qurtulmağın vaxtıdır", - deyə L.Abdullayeva eyni platformada yalan iddialar irəli sürən erməniyə cavab verib. Bildirib ki, Qarabağdakı ermənilər özləri qalmaq istəmirlər və onları heç kim məcbur etmir.

"Separatçı respublikanın ləğvi elan edildikdən bir gün sonra əhali Qarabağ bölgəsini tərk etmək qərarına gəldi", - deyə Leyla Abdullayeva bu ərazinin Bakının suveren torpağı olduğunu bir daha xatırladıb. Qeyd edib ki, beynəlxalq ictimaiyyət, eləcə də Ermənistan da Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu təsdiqləyir.

"Reallıq ondan ibarətdir ki, Azərbaycan hökuməti Qarabağın erməni sakinlərinə yaşayış yerlərini tərk etməməyi deyib", - deyə Azərbaycan səfiri diqqətə çatdırıb.

Səfir Leyla Abdullayeva 30 il ərzində azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətindən danışaraq, vəziyyəti bir gecədə dəyişməyin mümkün olmadığın deyib. Vurğulayıb ki, Bakı Qarabağ ermənilərinə dialoq aparmağı təklif edib və artıq Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycanın mərkəzi hakimiyyət orqanı arasında daha yaxşı ünsiyyət qurmaq və problemləri həll etmək üçün görüşlər keçirilib və keçirilməkdə davam edir. (axar.az)

Poliqon.info 


Etiket: Fransa


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

Ən çox oxunanalar