Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Dedim ki, quzu kəsdirim, apar uşaqlarına"- Ata Abdullayevin pul istədiyi məmur

Özünü bloger kimi təqdim edən Ata Abdullayev növbəti dəfə məhkəmə önünə çıxarılıb.

PİA.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır üzrə nümayəndəsi Şahlar Həsənov bildirib ki, sentyabrın əvvəli ona zəng ediblər və Ata Abdullayev məişət tullantılarının daşınmaması ilə bağlı çəkiliş etdiyini deyiblər.

"Əraziyə getdim və gəqiqətən də orda artıq tullantılar var idi. Canlı yayımda onunla mübahisəmiz yarandı. Ona bildirdim ki, burada məişət tullantıları yoxdur, evdə aparılan təmir işlərindən çıxan söküntülərdir. Çəkiliş gedə-gedə yığışdırıldı. Özü canlı yayında da dedi bunu. Masazırda 100 mina yaxın sakin yaşayır, texnika çatdırmır. İstismar müddəti başa çatmış texnikadır. Cəmi 4 maşın var. Ata Abdullayev yenə də sakitləşmədi. Çəkilişləri mütəmadi olaraq davam etdirdi"- deyə məmur ifadəsində bildirib.

Şahlar Həsənov daha sonra A.Abdullayevlə görüşdüyünü də qeyd edib: "Tez-tez çəkilislərdə rayon rəhbərliyinin adını hallandırırdı. Mənə müəyyən məbləğ dedi. Bildiridim ki, mənim gücüm ancaq ona çatar ki, bir quzu kəsdirim, verim sənə, apar balalarına. Ona da razılaşmayaraq etiraz etdi. Mən də məcbur olub DTX-yə müraciət etdim".

Məlum olub ki, Abdullayev Şahlar Həsənovdan 10 min manat istəyib.

Şahlar Həsənov əlavə edub ki, Ata Abdullayevin anası bir neçə gün əvvəl yaşadığı evə gəlib və oğlunu bağışlanmasını istəyib: "Yaylığını ayağıma atdı. Dedim ki, niyə görə oğluna vaxtında demədin ki, belə olmaz..."

Ata Abdullayev icra nümayəndəsinə deyib ki, ona böyük hörməti var: "Şahlar əmi, bu qədər adam tanıyıram, amma sizə başqa hörmətim var. Atamın, cavan qardaşımızın ruhuna and olsun ki, iki yetim uşağa baxıram. Allaha and olsun ki bu deyilənlər cəfəngiyyatdır. Anam da Şahlar Həsənovun yanına onun xəstə olması ilə bağlı gedib. Çünki, o, məhkəməyə xəstə olduğu barədə məlumat göndərmişdi".

İcra nümayəndəsi Abdullayevə belə cavab verib: "Dövlətin verdiyi hava, su, çörək sənə çatmırdı? Başqa nə istəyirdin?"

Bildirək ki, Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.

Ata Abdullayev Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsilə ittiham olunur.

Cinayət işi üzrə Əliyev Elmar Ziyafət oğlu, Babayev Cəmil Alim oğlu, Əliyev Elçin Qulamağa oğlu və Həsənov Şahlar Şahmar oğlu zərərçəkmiş kimi tanınıb.

Ata Abdullayevin bu şəxslərdən şantaj yolu ilə pul tələb etdiyi bildirilir.

Qeyd edək ki, Şahlar Həsənov Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır üzrə nümayəndəsidir. Elmar Əliyev isə Gənclər və İdman Nazirliyinin nəzdində yaradılan Tədbir Əməliyyat Komitəsinin maliyyə direktorudur. (Musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Ən çox oxunanalar