Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bunu yazıb yaramı qanadırsınız"

"Vacib deyil ki, sevdiyin yanında olsun. Ağlında, ruhunda olan bir insan üçün də sevgi mahnısı oxuya bilərsən"...

Bu sözləri Əməkdar artist Lalə Məmmədova "Show news" verilişində deyib. Sevgi ilə bağlı sualları cavablandıran müğənni həyatında heç kimin olmadığını söyləyib:

"Bu gedişlə məni ərə verəcəksiniz. Yəqin məni tək görməyə alışmamısınız. Sevgililər günü gəlir, istəyirsiz tək qalmayım. İstəyərdim, həyatımda sevgi olsun. Hər bir şəxsin sevgiyə ehtiyacı var. Mən də istəyərdim həyatımda məni sevən, olduğum kimi qəbul edən olsun. Bəlli bir yaşdan sonra sən dəyişə bilməzsən. Səni olan xasiyyətinlə, həyat tərzinlə qəbul edən olmalıdır".

Məmmədova keçmiş həyat yoldaşının adının hələ də onunla bir hallanmasından narahat olduğunu gizlətməyib:

"Evlilik haqda danışanda yazırlar: "Lalə Məmmədova ikinci dəfə ailə qurararam", "Boşanmış Əməkdar artist"... Altında da mənim keçmiş ərimlə şəklim. Kimsə evlilik təklifi etmək istəyirdisə də, o fotodan sonra geri çəkilər. Bitmiş bir hadisədir, danmıram. Amma bunu etməyin. "Boşanmış" vəzifədir, fəxri addır? 7 il keçib boşanmağımdan. Bunu yazıb yaramı qanadırsınız".(axşam.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

Sumqayıtda narkotik aludəçisi saxlanılarkən ürəktutmadan öldü

Özbəkistan və Almaniya miqrasiya sahəsində saziş imzalayıblar

"Öləndən sonra gətirilən gülü atın zibilliyə" - Foto

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

Ən çox oxunanalar