Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azərxalça"da ipə "düzülən" milyonlar

"Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, həbs olunduqdan bir müddət sonra ev dustaqlığında olduğu zaman vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

PİA.az-ın xəbərinə görə, prosesdə şahidlər dindirilib. İlk olaraq şahid qismində Araz Əliyev ifadə verib. O, ifadəsində mərhum V.Muradovu şəxsən tanımadığını, yalnız telefonla danışdığını deyib. Fəhlə işlədiyini söyləyən A.Əliyev İrandan gələn yüklərin boşaldılması ilə məşğul olduğunu bildirib: “Ayda bir-iki dəfə maşın göndərirdilər. Biz də Sumqayıt tərəfdə yükləri boşaldırdıq. Fəhlə olmuşam, nə deyiblər, onu da eləmişəm”.

22 ildir karqo ilə məşğul olduğunu deyən digər şahid - Rəşad Qurbanov da ifadəsində “Azərxalça”nın sabiq sədrini tanımadığını söyləyib: “İstintaq zamanı məndən yeyinti barədə soruşdular. Mənə nə verilib, onu da gətirmişəm. İstintaqa verdiyim ifadəmi təsdiq edirəm”.

Dövlət ittihamçısının suallarını cavablandıran şahid bütün malların onların şirkətinin anbarına gəldiyini, oradan paylanıldığını deyib.

R.Qurbanovdan İrandan 114 ton ipin gətirilməsini xatırlayıb-xatırlamadığı soruşulub. Şahid dəqiq xatırlamadığını deyib: “Dəqiq yadımda deyil. Səhv etmirəmsə həmin vaxt 66 tona yaxın ip gətirilmişdi”.

Daha sonra dövlət ittihamçısı şahiddən gətirilən malların nəyə görə sənədləri olmadığını soruşub. Şahid isə cavabında yüklərin bir adamın adına rəsmiləşdirildiyini deyib: “Bir maşında 60-70 adamın malı gəlirdi. Belə olan halda bunu rəsmiləşdirmək qəliz olurdu. Ona görə də bir nəfərin adına rəsmiləşdirilirdi”.

Məhkəmə prosesində həmçinin o da məlum olub ki, 9 hüquqi şirkətə məxsus bank hesabına 3 milyon 435 min 835 manat pul köçürülüb. İstintaq zamanı müəyyən edilib ki, bunun 1 milyon 376 min 750 manatı həqiqətən xərclənib. Yerdə qalan hissə isə iplə bağlı olmayan məsələlərə sərf edilib.

Məhkəmə prosesi dekabrın 21-də davam edəcək.(virtualaz.org)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Ən çox oxunanalar