Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azərişıq" Sabirabadda əhali və sahibkarları böyük ziyana salır

Son bir həftə ərzində Sabirabad rayonunda, rayonun mərkəzində və bütün kəndlərində səhərlər elektriklər 5-6 saat söndürülür. Gundeminfo.az-a məlumat verən sakinlər deyir ki, artıq ənənə halını almış bu metod elektrik enerjisinə qənaət etmək məqsədilə edilir. Sakinlər bildirir ki, "Azərişıq"ın yerli şöbəsinə müraciət etdikdə deyirlər ki. rayonun elektrik enerjisinə görə borcu çoxdur, ona görə də səhər saatlarında havalar sərin olanda elektriklər kəsilir. İdarədən bildiriblər ki, səhərin erkən saatlarında elektrik enerjisini kəsməklə yığılıb qalan borclarla bağlı qənaət edirlər. Adərən günorta saatlarına yaxın isə elektrik verilişi bərpa olunur.

Yəni "Azərişıq"ın Sabirabaddakı rəsmiləri hesab edirlər ki, bu yolla rayonun ümumi elektrik enerjisi bocrunu azalda bilərlər. Lakin redaksiyamıza edilən çoxsaylı müraciətlərin arasında xeyli sayda sahibkar da var. Xüsusilə də istehsal və satış mərkəzləri "Azərişıq"ın bu yeni metodundan sonra külli miqdarda ziyana düşürlər. Sahibkarlar deyir ki, günün səhər saatlarında günortaya qədər fəaliyyət göstərə bilmirlər. Çörəkbişirmə sexlərindən tutmuş, inkubatorlara qədər bütün istehsal və tədarük dayanır. Nəticədə Aran regionu üçün əsas iş saatlarında iş dayanır. Bundan sonra da günorta saatlarında hava qızır və stehsal və tədarükün həyata keçirilməsində çətinlik yaranır.

Bundan başqa Gundeminfo.az-a Sabirabad rayonundan daxil olan şikayətçilər arasında ərzaq dükanlarının sahibləri də var. Pərakəndə və topdansatış mərkəzlərinin sahiblərindən biri deyir ki, "Azərişıq"ın yerli bölməsinin həyata keçirdiyi bu "yenilik" nəticəsində soyuducuda saxladıqları məhsullar yararsız hala düşür.

Onu da əlavə edək ki, araşdırmalarımız nəticəsində hazırda "Azərişıq"ın Sabirabad rayonunda hər hansı kompleks təmir və bərpa işləri həyata keçirmədiyi məlum olub.

İddialarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Ən çox oxunanalar