Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Arif Rəhimzadə, içinizdəki bayquşla bir yerdə gedəcəksiniz" - Azər Qaramanlı

PİA.az-ın baş redaktoru: "Siz bütün ömrünü sevgisiz yaşayan adamsınız. Uzun ömrünüz boyu bir dəfə də olsun insanlara sevgi ərmağan edə bilməyən adamsınız".

2010-cu ildə avtomobil qəzası zamanı dünyasını dəyişmiş jurnalist Şahin Ağabəylinin qardaşı, "Pia.az" saytının baş redaktoru Azər Qaramanlı Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadənin mərhum jurnalist haqqında səsləndirdiyi ifadələrə cavab verib.

PİA.az demokkrat.az-istinadən jurnalist Azər Qaramanlının "facebook" səhifəsində yazdığı ststusunu olduğu kimi təqdim edir:

"Bütün ömrünü Allahsızlıqla keçirən Arif Rəhimzadə özünü müqəddəs və mübarək elan edib. Adam deyir ki, ona qarşı səhv fikir söyləyən adamlar xeyir tapmırlar. Və "mübarək cəddini" isbat etmək üçün adam hətta Şahin Ağabəylinin qəzaya düşməsini misal gətirir, deyir ki, Şahin Ağabəyli qəzaya düşməsinin səbəbi ona "ilişməsi" olub. Sitat: "Sonra o jurnalistin aqibəti hamıya məlumdur. Qəzaya düşdü. Odur ki, mənə qarşı çıxanların axırı bu cür olur".

Arif Rəhimzadə özlərini ağır seyid elan edib yolçuluq edən sərgərdanlar kimi öz "cəddinin" gücündən dəm vurur. Bu nə qədər gülməli olsa da mən bunu təbii prosses kimim qəbul edirəm. Ateistlərin çoxusu, demək olar ki, hamısı yaşlaşanda özlərini Tanrıya yaxın görürlər. Çünki bütün ömürləri boyu çalışsalar da Tanrını öldürə bilmədiklərini və özlərinin öldüklərini anlayırlar.

Bu sətirləri yazarkən mən bir şeydən əminəm. Sabah, birisi gün Arif Rəhimzadə tabuta qoyulanda onun arxasından heç kim Allah rəhmət eləsin, deməyəcək. Bəlkə bir iki nəfər, xala xətrin qalmasın, deyə bu sözləri dilinə alacaq, amma inanın ki, kimsə bunu səmimi deməyəcək. Və o tabuta siz, Arif Rəhimzadə, içinizdəki bayquşla bir yerdə gedəcəksiniz.

Siz bütün ömrünü sevgisiz yaşayan adamsınız. Uzun ömrünüz boyu bir dəfə də olsun insanlara sevgi ərmağan edə bilməyən adamsınız. Ona görə də bu gün təksiniz. İçinizdə yalnız nifrət var. İndi durub özünüzü övliya elan edə bilərsiniz. Bu olduqca asandır, amma bu heç nəyi dəyişməz...

Siz bu dövləti, bu milləti, bu bayrağı hələ də həzm edə bilmirsiniz. Hər dəfə ağzınızı açarkən bu dövlətə, millətə və bayrağa olan nifrətinizi də gizlədə bilmirsiniz. Sizdən fərqli olaraq Şahin Ağabəyli dövlətini, millətini, bayrağını sevirdi və altını çizərək bir daha qeyd edirəm ki, sizdən fərqli olaraq içi sevgi doluydu. Ona görə də Şahini tanıyanlar hamısı 10 il sonra da onu böyük sevgiylə anırlar. Sizi kim və necə xatırlayacaq? Bu sualın cavabını özünüz də bilirsiniz..

Durub deyə bilərsiniz ki, 90-91-ci illərdə Heydər Əliev üçün sinənizi sipər etmisiz. Doğrudur, amma bunu ona görə etmisiz ki, H.Əliyevin sovet hökümətini bərpa etmək gücünə sahib olduğunu düşünürdüz. Siz H.Əliyev uğrunda deyil, sovet hökümətinin bərpası uğrunda savaş verirdiz. Amma olmadı. Ona görə olmadı ki, H.Əliyevin içində sizdən fərqli olaraq dövlət, milıət, bayraq sevgisi vardı. Ona görə də bu gün dövlətimiz, millətimiz və bayrağımız var və inşallah hər zaman da olacaq.

Yuxarıda da qeyd elədiyim kimi, siz bu gün təksiniz. Və tamamən bütün ömrünüzü, dəyərlərinizi uduzduğunuzu da bilirsiniz. Mən bilmirəm hər gün evinizdə, dörd divar arasında tək qaldığınız zaman nə düşünürsünüz. Amma onu bilirəm ki, bu gün özünüzün nə qədər məzlum, dərbədər və yazıq olduğunuzu bilirsiniz. Siz artıq yoxsunuz və yoxluğunuz bu gün deyil, 20 ildən artıqdır ki, hiss olunur.

Son olaraq isə bunu deyirəm. Tanrı içinizə azacıq sevgi bəxş eləsin... Vəssalam...".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Ən çox oxunanalar