Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Anara (eləcə də AYB-yə) bu "günlər" gərək idimi?" - Emil Rasimoğlu

Yazıçılar Birliyinin (xüsusən də rəhbərlikdə və strukturda təmsil olunanların) mövcud qurultayla bağlı münasibətini müşahidə etdikcə heyrətlənməmək mümkün olmur...

Belə ki, son aylarda Anar başda olmaqla birliyin rəsmilərinin bu mövzuda necə deyərlər, "çoxrəngli" çıxışları iradəsizlikdən, zəiflikdən, tənəzzüldən, qeyri-səmimilikdən...başqa heç nə deyil.

Bir qurumun bir məsələyə bir ayda neçə prizmadan yaşaşması olar?

Bu qədər çək-çevirdənsə, çıxın birdəfəlik şəkildə deyin ki, biz qurultayı (öncəkilər kimi) formal şəkildə təşkil edib, Anarı yenidən sədr kimi təstiq edəcəyik. Hüquqi baxımdan nə qədər qeyri-normal hal olsa da heç olmasa burada iradə, dürüstlük göstərin. Göstərin və etiraf edin! Axı, real həqiqət də budur. Real həqiqət də budur ki, saatlarla oxunan "darısqal" (və bəzən də sənətə aidiyyatı olmayan) mühazirələrdən tutmuş Anarın ölkə rəhbəri ilə qurultay mövzusundakı söhbətinə qədər hamısı qeyri-səmimi və REAL QURULTAYDAN uzaqdı. Niyə özünüzü (bizi yox ha, özünüzü!) aldadırsınız? Elə bilirsiniz ki, fondakı "niyyət"lər görünmürmü? Təbii ki, görünür. Həm də incəliyinə qədər...

...35 il bir kürsüyə sahiblənən 85 yaşlı bir insana görəsən, hansı məntiqə, hansı hörmətə söykənən cümlə qurub yazmaq, demək lazımdır ki, "yetər" deyib, sağollaşsın. Bəlkə, bu məsələ ilə bağlı qapısını döyüb, iş otağına daxil olmaq lazımdır. Bəlkə, necə deyərlər, üz-üzə, göz gözə dayanıb: DAHA KİFAYƏTDİR, YOL(U) VERİN GƏNCLİYƏ...-demək lazımdır?!

...Anara (eləcə də AYB-yə) bu "günlər" gərək idimi? Ən azından Anar bilməli idi ki, insan ilahiləşdikcə zəif, çarəsiz görünür. Məhz o ilahiləşməkdən, sitayiş ünvanı olmaqdan uzaq durmalı idi. Məgər, Anara Əsad Cahangirin "bəndəliyi" lazımdımı? Və ya Elçin Hüseynbəylinin müdafiəsi?

...Digər tərəfdən, idarəçilik prinsipi də bərbad vəziyyətdədir. Bu gün bir əlinə qələm alanın o biri əlində AYB-nin vəsiqəsi "peyda" olur. Hansından deyəsən, hansından yazasan, bilmirsən.

Görəsən, heç olmasa Anar sənət üfüqündə İsa Muğannanın çiynində (sırasında) dayanmaqla Yusif Nəğməkarın çiynində (sırasında) dayanmağın (dayandıqdan sonra) fərqinə vara bildimi?

Emil Rasimoğlu

Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Ən çox oxunanalar