Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Adlı gecələrdən keçib gedirəm..."- Paşa Talıblı

Baxıb nə görsəm, yaxşıdı...

Baxıb nə görsəm yaxşıdı?
...qəflətdə əhlət daşını.
...hər gün rüzgar tərəflərdən
içimə qürbət daşınır.

...qəribə, qürbətmi sığar?
Sığmağa sınır gəzirdi.
...tutmuşdu sevər yerimdən,
sınıqçı sınıq gəzirdi.

Bu xəmir çox su apardı-
suyumuz xəmirdən axır.
Odu...dağ da vadilərdən
xınalı mamırdan baxır.

Baxıb nə görsəm, yaxşıdı?
Gün keçir yolu ümidnən...
Nə versə sol əlim bilmir,
sağ əlim dolu ümidnən.

Dərviş könülsüzmü gərək..

Mən də eşq ilə canında
tufan əsdirən dərvişəm...
Eh...bir gün canından küsən,
bir gün küsdürən dərvişəm.

...barım var, bağ yerim yoxdu,
...qarayam, ağ yerim yoxdu!
Canımda sağ yerim yoxdu,
yara düzdürən dərvişəm...

...əlliyə əlsizmi gərək?
...dilliyə dilsizmi gərək?
Dərviş könülsüzmü gərək?
Könül gəzdirən dərvişəm!

Adsız məbəddəki şam...

Mənim dostum gecə, düşmənim gecə!
...dərdi lağım-lağım atıram, ay dost!
Üfürsən yıxılan filfilə cannan
gecə ayaqüstdə yatıram, ay dost!

Adsız məbəddəki şam da yiyəsiz...
Birdən xatırladım, altdan keç indi.
Üstündə tanrısız Tanrılar gəzir...
Gecələrin altı kimin üçündü?

Adlı gecələrdən keçib gedirəm...
Bax, bu gecənin də keçəni atlı!
Məsələn, uzanıb şer yazıram-
cəzamdı bir uzun gecənin altı!

Budu...altı boşdu bu gecənin də...
...nə bir ölü vətən, nə bir yol keçən!
...lağım-lağım oldum, atıldım, ay dost!
Mənim dostum gecə, düşmənim gecə!..


Paşa Talıblı
Azərbaycan Yazıçılar Birliyinin üzvü

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar