Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zorla “cənnətə” can atanlar – Qərb liberalizmini miqrantlar çökdürür...

Qərb liberalizmi Yaxın Şərq və Şimali Afrikadan olan miqrantların qarşısında çökür və Qərb ölkələrində yaxın illərdə Donald Tramp kimi qlobalizm əleyhdarı olan radikallların hakimiyyətə gələcəyi artıq pronozlaşdırılır

Sosioloq: “Doğrudan da adama inanılmaz gəlir ki, miqrant necə əlində silah hücuma keçib ölkəyə gələ bilər?”

“Miqrantlar qaşıdurma siyəsətinin, böyük dövlətlərin qarşıdurmasında və hibrid müharibəsində ortaya çıxan xaosun məntiqi nəticəsidir və bu baş verən prosseslərin fonunda təbii görünməlidir.Təəssüf hissi ilə deyə bilərik ki, yer üzərində güc mərkəzləri tərəfindən həyata keçirilən siyasət belə bir gərgin vəziyyəti yaradıb”.

Bu sözləri dünyada baş verən miqrasiya prosseslərini PİA.az-a şərh edərkən sosioloq Əhməd Qəşəmoğlu bildirib.

Son zamanlar qanunsuz miqrant axınlarının böyüməsi dünya siyasətinin əsas problemlərindən birinə çevrilib. Bu gün Avropa Birliyi ölkələri arasında fikir ayrılığı da məhz qanunsuz miqrant problemiylə ortaya çıxmaqdadır. Hətta bu problem Avropa Birliyini dağıdacaq bir təhlükə kimi də görülür. Çünki Avropa Birliyi ölkələri arasında qanunsuz miqrant problemi ilə bağlı mövqelər tamamilə fərqlidir. Bir sıra Avropa ölkələri, xüsusən Şərqi Avropa ölkələri qanunsuz miqrantların qəbulundan tamamilə imtina etməyə çağırsalar da Almaniya, Fransa kimi iri Avropa dövlətləri bu mövqeyi qəbul etmir.

Qeyd edək ki, ötən həftə Almaniya kansleri Angela Merkel hakim Almaniya Xristian-Demokratik İttifaqı (Christlich Demokratische Union Deutschlands, CDU) Partiyasının sədri vəzifəsinə namizəd olmayacağını, həmçinin 2021-ci ildə 5-ci kanslerlik müddətini dodurduqdan sonra siyasətdən gedəcəyini bildirib. Merkel bu qərarı partiyasının yerli seçkilərdə uğursuzluğa düçar olmasından sonra verib. Müşahidəçilərin fikrincə Merkelin yerli seçkilərdəki uğursuzluğu məhz yürütdüyü miqrant siyasəti ilə əlaqədardır.

Maraqlıdır ki, Avropa da və ABŞ-da miqrantların qəbulu sərtləşdirildikcə, miqrantlar zorla Avropaya və ABŞ-a girməyə can atırlar. Elə srğagün yayılan xəbərlərə görə Yaxın Şərqdən və Şimali Afrikada 20 mindən artıq bıçaqlarla silahlanmımış Avropa Birliyi ərazisinə girməyə çalışır. Məlumata görə, miqrantların 95 faizi kişilərdir və onların çoxu bıçaqla silahlanıb. Əsasən Pakistan, İran, Əlcəzair, Marakkodan olanlardır. Suriyalılar onların arasında yoxdur. Gəlmələr əsasən Almaniyaya getməyə can atır.

Sosiolaq: “Dünyanın aparıcı ölkələri istəmirlər ki, Afrika, ya da müsəlman ölkələri intellektual cəhətdən inkişaf etsin. Qərb əhali artımının qarşısını almaq üçün qanlı müharibələrə, aclıqlara daha çox üstünlük verir”.

Xatırladaq ki, Almaniya ən çox qaçqın qəbul edən ölkədir- 1,5 miyon nəfər. İtaliya isə Avropaya gedənlərdən 119 minini qəbul edib.

Həmçinin hazırda Hondurasdan ABŞ-a doğru miqrant karvanı Minlərlə miqrant artıq Meksika sərhədinə yaxınlaşmaqdadır. Qey edək ki, ABŞ prezidenti Tramp bəyan edib ki, Cənubi Amerika ölkələrindən gələn köçkünlərin Birləşmiş Ştatları daxil olmasına imkan verməyəcək: “Sərhəd-nəzarət və gömrük əməkdaşları ilə birlikdə sərhəddə 10-15 min əsgərimiz olacaq. Kimsə ABŞ sərhədlərinə keçməyəcək. Köçkünlərin sərhədimizə daxil olmasına imkan verməyəcəyik”. Prezident əlavə edib ki, qaçqınların öz ölkələrindən keçməsinə imkan verən Latın Amerikası ölkələrinə sanksiyalar tətbiq etməyi düşünür.

Xatırladaq ki, Pentaqon Latın Amerikasından Birləşmiş Ştatlara köçmək məqsədilə yola çıxan qaçqınların qarşısını kəsmək üçün Meksika sərhədinə 5200 əsgər göndərəcəyini elan etmişdi. Hazırda bu əsgərlər ABŞ-ın Meksika ilə sərdəd olan üç şatatında yerləşdirilməkdədir.

Bütün bunlarda onu deməyə əsas verir ki, Qərb liberalizmi Yaxın Şərq və Şimali Afrikadan olan miqrantların qarşısında çökür və Qərb ölkələrində yaxın illərdə Donald Tramp kimi qlobalizm əleyhdarı olan radikallların hakimiyyətə gələcəyi artıq pronozlaşdırılır.

Hazırda dünyada miqrasiya prosseslərində nə baş verir? Kasıb və qeyri-demokratik ölkələrin vətəndaşlarının silahlı və zorla Qərb ölkələrinə girməyə cəhd eləməlrini dünyada baş verən geosiyasi dəyişikliklərin tərkib hissəi hesab etmək olar? Ümumiyyətlə kasıb ölkələrdən varlı ölkələrə olan axını dünyanın yenidən şəkillənməsinə və dünyada demokrtatiyanın inkişafına necə təsir edə bilər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı sosioloq Əhməd Qəşəmoğlunun fikirlərini öyrənib.

Əhməd Qəşəmoğlu: “Miqrant orduları ona görə yaranır ki, həmin miqrantların ölkəsində humanist baxımdan normal şərait yaradılmır. Əgər belə bir şərait olsaydı, o ölkələrin potensialından doğru istifadə edilsəydi, həmin miqrantlar öz ölkəsində sakit həyat sürə bilərdi”.

Sosioloq hesab edir ki, hazırda miqrantlarla bağlı yaşanan problemlər daha çox böyük dşvlətlərin maraqlarının toqquşmasından ortaya çıxır və siyasətçilər öz ölkələrinin maraqları naminə elə siyasət yürüdürlər ki, bu siyasət indi yaranmış vəziyyəti formalaşdırır:

“Dünyada qloballaşma prosesi çox surətlə inkişaf etməkdədir. Bu qloballaşmaya müxtəlif tərəfdən baxmaq olar. Təbii ki, qloballaşma tarixi prosesdir və bu proses getdikcə ölkələr, xalqlar arasıında əlaqələr güclənir yaxınlaşmalar gedir və s. Amma güc mərkəzləri çalışırlar ki, dünyada yeni nizanlanma gedirsə, bu təbii tarixi proses elə davam etsin ki, bu yeni nizamlanma onların maraqlarına uyğun olsun. Bunu müxtəlif güc mərkəzlərinə, xüsusi ilə bunu Qərb ölkələrinə, ABŞ-a aid etmək daha düzgün olardı. Çünki ilk olaraq ABŞAvropa ölkələri bu sahədə öz maraqların ortaya qoymağa çalışdılar. Bir zamanlar beyin axınlarına maraqlı olan ABŞAvropa indi doğurdan onların dəyərlərini yox edəcək miqrantlar ordusu ilə üzləşiblər. Və bu da təbii ki, Qərb ictimaiyyətini xüsusi olaraq təşvişə salır.

Lakin ikili standartda siyasət yürüdən Qərb siyasətçiləri çalışırlar ki yer üzərindəki nizamlanma onların maraqlarına uyğun olsun. Buna görə də onların dünyanın başqa ölkələrində həyata keçirdikləri siyasət nəticəsində belə bir arzuolunmaz vəziyyət yaranıb. Yəni Afrika və başqa ölkələrdə onların həyata keçirdikləri siyasət daha çox ona xidmət edir ki, dünyadakı yeni nizamlanma daha çox güc mərkəzlərinin xeyrinə olsun.

Buna görə də bu gün ortaya xeyli miqrant çıxır. Miqrant orduları ona görə yaranır ki, həmin miqrantların ölkəsində humanist baxımdan normal şərait yaradılmır. Əgər belə bir şərait olsaydı, o ölkələrin potensialından doğru istifadə edilsəydi, həmin miqrantlar öz ölkəsində sakit həyat sürə bilərdi. Lakin siyasətçilər öz ölkələrinin maraqları naminə elə siyasət yürüdürlər ki, bu siyasət indi yaranmış vəziyyəti formalaşdırır.

Çox təəssüf ki, bu belədir və əslində indi yeni dünya düzənin formalaşmasından danışırkən maraqların toqquşmasından ortaya çıxan xaos nəzərə alınmır. Hər bir tərəf mütləq şəkildə öz maaraqları uğrunda savaşırlar və biz buna hazırda hibrid müharibə deyirik. Miqrantlar da məhz bu qaşıduma siyəsətinin, böyük dövlətlərin qarşıdurmasında və hibrid müharibəsində ortaya çıxan xaosun məntiqi nəticəsidir və bu baş verən prosseslərin fonunda təbii görünməlidir.Təəssüf hissi ilə deyə bilərik ki, yer üzərində güc mərkəzləri tərəfindən həyata keçirilən siyasət belə bir gərgin vəziyyəti yaradıb.

Əhməd Qəşəmoğlu: “Bəlkə də, Avropada miqrantlara qarşı kəskin mövqe ortaya qoymağı planlaşdırılar. Bunu üçün də səbəb hazırlayırlar. Həmçinin həmin miqrantlar Avropa ölkələrinə keçəndə onlara qarşı elə silahlı hücum təşkil etmək üçün belə bir ictimai rəyi yaratmaq istəyərlər”.

Onu da qeyd edim ki, miqrantların bıçaqlarla silahlanmış halda Avropa Birliyi ərazisinə girməyə çalışması kimlərinsə təxribatı ola bilər. Yəni xüsusi xidmət orqanlarının. Ola bilsin ki, bu siyasət xətrinə həyata keçirilmiş aksiya ola bilər. Çünki bəlkə də, Avropada miqrantlara qarşı kəskin mövqe ortaya qoymağı planlaşdırılar. Bunu üçün də səbəb hazırlayırlar. Həmçinin həmin miqrantlar Avropa ölkələrinə keçəndə onlara qarşı elə silahlı hücum təşkil etmək üçün belə bir ictimai rəyi yaratmaq istəyərlər.

Doğrudan da adama inanılmaz gəlir ki, miqrant necə əlində silah hücuma keçib ölkəyə gələ bilər? Çünki miqrant həmin ölkəyə keçəndən sonra orada məskunlaşmalıdır. Təəssüf ki, belə hadisələr baş verir və bu günün reallığıdır.

Dünyada demokratiya, demokratiyanın inkişafı məsələsinə gəlincə, bu bir qədər populist bir ideyadır. Yəni demokratiya ideyası elm adamları arasında ciddi qəbul olunmur. Demokratiya bir vasitədir. Bizim həyatda əsas məqsədimiz o deyil ki, hamımız demokrat olaq. Demokrat olmaq və demokratiyanın inkişaf etməyi bir şeyə xidmət etməlidir. O bir şey də hər bir xalqın, ümumiyyətlə yer üzünün tərəqqi etməsidir. Hər bir ölkə, yer üzü o vaxt tərəqqi edə bilər ki, orada əhalinin fiziki sağlamlığı ged-gedə yaxşılaşsın, mənəvi zənginliyi, hər kəsdə əməyə yaradıcı münasibət tələbatı ged-gedə artsın. Belə olanda tərəqqi olur. Demokratiya da bu yolda bir vasitədir.

Əhməd Qəşəmoğlu: “Demokratiya ideyası elm adamları arasında ciddi qəbul olunmur. Demokratiya bir vasitədir. Bizim həyatda əsas məqsədimiz o deyil ki, hamımız demokrat olaq”.

Biz əsas məqsəd yer üzərində hər bir ölkədə tərəqqinin olmasın düşünməliyik. Tərəqqinin baş verməsi üçün də ilk öncə kasıb ölkələrə kömək etmək lazımdır. Həmin kasıb ölkələrdə olan təbii resurslardan, insan resurslarından daha da səmərəli istifadə edilməklə tərəqqinin baş verməsinə çalışmaq lazımdır. Burada təhlükəli olan bir cəhət odur ki, həmin yerlərdə bu şəraitlər yaradılanda orada əhali artımı çox olur. Əhali artımı da çox olanda yer üzərinə böyük problemlər yaranır.

1994-cü ildə Birləşmiş Millətlər Təşkilatı Qahirədə böyük bir sammit keçirtdi. Mən də o sammitin iştirakçısı və Azərbaycan ekspert heyətinin rəhbəri idim. Orada bu məsələ ilə bağlı geniş müzakirələr aparıldı və fəaliyyət proqramı qəbul olundu. Mən Qərbdəki həmkarlarıma, sosioloqlara da söhbətlərdə deyirəm ki, əhalinin artmasını tənzimləyən daha sivil yolları var. Onsuz da elm, təhsil inkişa edəndə əhali özü öz artımını tənzimləyir. Əvvələr bir ailədə 12-15 uşaq olurdusa, elmlə, təhsillə məşğul olan ailələrdə 3-4 uşaq olur. Yəni ailə özü özün tənzimləyə bilir.

Bu yol Qərbi hələ ki, o qədər də qane etmir. Çünki ola bilər ki, hansısa qüvvələr istəmirlər ki, yəni dünyanın aparıcı ölkələri istəmirlər ki, Afrika, ya da müsəlman ölkələri intellektual cəhətdən inkişaf etsin. Qərb əhali artımının qarşısını almaq üçün qanlı müharibələrə, aclıqlara daha çox üstünlük verir. Bir yandan da bu yol hərbi-sənaye kompleksləri üçün maraqlıdır. Çünki onlar çoxlu silah satırlar. Bu da çox qeyri-insanı bir yoldur. Həm də bunların yekun nəticəsi olaraq indi yer üzü çox arzuolunmaz bir vəziyyətdədir və səviyyədədir.

Buna görə hesab edirəm ki, demokratikləşmə ideyasından əvvəl tərəqqi ideyasın ortaya qoymaq daha doğru olardı”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar