Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ziya Məmmədovun “kəndin başındakı” restoranı... - Video, Fotolar

"Kəndin başındakı" restoranın görüntüləri...

Bir neçə gün öncə xaricdə yaşayan jurnalist Cavanşir Həsənli özünün sosial şəbəkə hesabında sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olduğu iddia edilən restoranın görüntülərini paylaşmışdı.

PİA.az xəbər verir ki, Londonda yerləşən həmin lüks restroranın Anar Məmmədova 4 milyon funt sterlinqə başa gəldiyi qeyd edilmişdi.

Xəbər yayılandan qısa müddət sonra Ziya Məmmədov mətbuata açıqlama verərək məlumatı yalanlamış və “cəmi bir restoranım var, o da kəndimizin başındadır, gəlib orada yeyib-içə bilərsiniz” deyə, yazılanlara sanki rişxənd tonunda cavab vermişdi.

Qafqazinfo” maraq üçün vəzifədən uzun müddətdir çıxarılmasına baxmayaraq, hələ də böyük yeyintilərdə ittiham olunan sabiq nazirin açıqlamasının izinə düşərək həmin restoran haqqında maraqlanıb. Məlum olub ki, Ziya Məmmədov hazırda yaşadığı Ucarın Qazıqumlaq kəndində onun ailəsinə məxsus şadlıq evindən başqa, “Fermer” adlı hotel-restoran komleksi də var.

Və Ziya Məmmədovun təsvir etdiyi kimi “Kəndin başında” yerləşən bu obyekt təsəvvür olunacaq səviyyədə ucqar kəndlərdə yerləşən yeməkxana anlamına gəlmir, əslində böyük bir gölün ətrafında, 3 hektar ərazini əhatə edir. Burada eyni zamanda, ümumi sahəsi 1200 kvadratmetr olan yarmarka da var.

Ancaq heç də hansısa Avropa ölkəsində yerləşən restorandan geri qalmayan “kəndin başındakı” bu restoranın görüntülərini təqdim edirik:

pia.az

 


Etiket: Ziya Məmmədov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar