Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

"Hizbullah" hərəkatı Beyrutda hərbi qanad komandiri Fuad Şükrün öldürülməsinə ilkin cavab olaraq İsrailə zərbələr endirib...

"Report" xəbər verir ki, bu barədə hərəkatın "Telegram" kanalında bildirilib.

Belə ki, Livandan İsrailə doğru 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub.

İsrailin "Ynet News" portalı xəbər verir ki, bütün bunların fonunda İsrailin müdafiə naziri Yoav Qalant növbəti 48 saat ərzində ölkədə fövqəladə vəziyyət elan edib.

Livandakı "İslam Müqaviməti" İsrailin şimalındakı Qərbi Qalileyaya və yəhudi dövlətinin nəzarətində olan Qolan təpələrinə doğru 70-dən çox raket atıb.

Bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb. Telekanal bildirir ki, İsrail ərazisinin atəşə tutulması davam edir.

Bu arada İsrail ordusunun bu səhər Livanda "Hizbullah" hərəkatının hədəflərinə qabaqlayıcı zərbələr endirməsindən sonra yəhudi dövlətinin müdafiə naziri Yoav Qalant növbəti 48 saat ərzində ölkədə fövqəladə vəziyyət elan edib.

İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti daha əvvəl bildirmişdi ki, İsrail ərazisinə raket zərbəsi hazırlamaqla əlaqədar "Hizbullah" hərəkatının hədəflərinə hücum ediblər.

Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatı ilə döyüşlər zamanı isə İsrail Müdafiə Qüvvələrinin 4 əsgəri həlak olub, daha 7 nəfər yaralanıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar