Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zərərçəkmiş: "Vaqif Xaçatryanın dəstəsi gecə vaxtı hamımızı çölə çıxarıb gülləbaran etdi"

"Onların məqsədi bizim kəndi məhv etmək idi və başda duran da Vaqif Xaçatryanın rəhbərlik etdiyi dəstə idi".

"Report" xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın noyabrın 1-də keçirilən məhkəmə prosesində zərərçəkmiş Salman Rəhimov deyib.

O vurğulayıb ki, erməni silahlıları gecə vaxtı, insanlar yatdığı yerdə Meşəliyə hücum ediblər:

"Hadisə vaxtı mən və bacım ayağımızdan, çiynimizdən güllə yarası aldıq. Səsucaldıcı ilə hamımızı çölə çıxarıb, gülləbaran etdilər. Kəndimiz minaatanlardan, avtomat və pulemyotlardan atəşə tutulurdu. Nənəm baş nahiyəsindən güllə yarası almışdı. Bu hadisələrdə daha çox Badara kəndinin sakinləri iştirak edirdilər. Bütün kəndi mühasirəyə alıb məhv etmək istəyirdilər. Hücum edənlərin başında elə Vaqif Xaçatryan dayanırdı. Daha sonra Valeriy, Armais, Ermes adında olan erməni hərbçilərin dəstəsi qəddarlıq edib. Məhkəmədən Vaqifin ən ağır cəza almasını tələb edirəm".

Digər zərərçəkmiş Niyazi İbadullayev isə bildirib ki, yaralıları kənddən çıxarmaq istəyəndə Vaqifin dəstəsi qohumlarını "UAZ" markalı avtomobildə güllələyiblər:

"Hadisə vaxtı mən kənddə olmamışam. Kəndin yuxarı hissəsində Şam bağı deyilən ərazidə qardaşım Nadir Babayev şəhid olub. Onu qətlə yetirən isə Vaqifin dəstəsi olub. Orda Armais və Ermes də olub".

Poliqon.info 


Etiket: Məhkəmə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Səfərdə pulsuz və sənədsiz qalsanız, nə edəcəksiniz?

"Formula 1": Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda sıralama turunda lider olub - Yenilənib

Həkim uzunömürlülük üçün əsas amilləri açıqladı

Azərbaycanda ilk dəfə “Moruq Festivalı” keçirilir

Azərbaycanın müdafiə nazirinin müavini Çinə gedib

Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib, ölən və xəsarət alanlar var - Yenilənib

Bunları etsəniz, başınızın ağrımaq bəhanəsi olmayacaq

Ən çox oxunanalar