Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Ermənistan səfirini qəbul etmədi

"Mülki Müqavilə" dövlət protokolunun əsas tələblərinə məhəl qoymamaqda davam edir ki, bu da öz növbəsində Ermənistanın xarici reytinqinə son dərəcə mənfi təsir göstərir...

Poliqon axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistanın "Joxovurd" qəzeti yazıb.

Bildirilib ki, bu ilin avqustunda Ermənistanın Rusiya Federasiyasındakı səfiri təyin edilmiş Dövlət Dumasının keçmiş deputatı Qurgen Arsenyan sentyabrın 11-də etimadnaməsinin surətini Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinə təqdim edib. Bu, rəsmi olaraq səlahiyyətlərin qəbul edilməsinə işarədir:

"Dövlət protokoluna əsasən, səfir vəzifəsinin icrasına başlayan məmur adətən etimadnaməsinin surətini ilk olaraq vəzifələrini icra edəcəyi dövlət başçısına verir. Lakin Arsenyan Putin tərəfindən qəbul edilməyib".

Nəşr etimadnamənin surətinin dövlət başçısından öncə XİN rəhbərinin müavini Mixail Qaluzinə təqdim edilməsini "Ermənistan tarixində görünməmiş hadisə", rüsvayçılıq adlandırıb.

Qeyd edək ki, Ermənistan rəsmi mənbələri Arsenyanın etimadnaməsini qarşıdakı günlərdə Putinə təqdim edəcəyini bildirib.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Səfərdə pulsuz və sənədsiz qalsanız, nə edəcəksiniz?

Həkim uzunömürlülük üçün əsas amilləri açıqladı

Azərbaycanda ilk dəfə “Moruq Festivalı” keçirilir

Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib, ölən və xəsarət alanlar var - Yenilənib

Bunları etsəniz, başınızın ağrımaq bəhanəsi olmayacaq

MSK Qələndər Muxtarlının şikayətini təmin etməyib

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

Rusiyada Böyük Vətən müharibəsində həlak olan 268 nəfərin qalıqları dəfn olunub

Ən çox oxunanalar