Şənbə, 14 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan “Su-30” qırıcılarının modernləşdirilməsi üçün Hindistanla danışıqlar aparır - Yenilənib

Ermənistan Hindistanın “Hindustan Aeronautics Limited” təyyarə istehsalı korporasiyası ilə arsenalında olan “Su-30” qırıcılarının modernləşdirilməsi ilə bağlı danışıqlar aparır...

“Report” xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Aviasiya İdarəsinin rəisi Ovannes Vardanyan məlumat verib.

O qeyd edib ki, o, artıq Hindistanın Müdafiə Qərargah rəisi general Anil Çauxan ilə mümkün əməkdaşlıq sahələrini müzakirə edib.

“Hindustan Times” qəzetinin adını açıqlamadığı Hindistan rəsmisi Ermənistanın “Su-30”un korporasiya tərəfindən modernləşdirilməsində maraqlı olduğunu təsdiqləyib:

“Bu məsələ ilə bağlı aparılan danışıqlar ilkin mərhələdədir. Ermənistanın arsenalında olan “Su-30” variantı Hindistan Hərbi Hava Qüvvələrindəki “Su-30MKI”dən fərqlidir”.

Qeyd edək ki, “Hindustan Aeronautics Limited” Rusiya lisenziyası əsasında Hindistanda Su-30MKI çoxməqsədli qırıcı təyyarələr istehsal edir.

***

Ermənistan hökuməti Hindistan istehsalı olan raketlərin, o cümlədən uzaqmənzilli “Astra” raketlərinin alınması, eləcə də “Su-30” qırıcılarının təkmilləşdirilməsi ilə bağlı bu ölkəyə müraciət edib.

"Report" xəbər verir ki, bu barədə Hindistanın "The Print" nəşri məlumat yayıb.

Bildirilib ki, danışıqlar hələ erkən mərhələdədir.

Ermənistanın istifadə etdiyi “Su-30” qırıcıları Hindistanın istismarında olan qırıcılardan fərqlənir. Nə edilə biləcəyini diqqətlə öyrənmək lazımdır. Danışıqlar yeni başlayıb”, - məlumatda qeyd olunub.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım - Video

Ərdoğan üç nazir müavinini vəzifəsindən azad edib, yeniləri təyin olunub

ABŞ-da sanksiyaya məruz qalan Rusiya mediası fəaliyyətini davam etdirə biləcək

Ən çox oxunanalar