Şənbə, 14 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MSK Tərtər-Ağdərə-Goranboy seçki dairəsinin bəzi məntəqələrində pozuntularla bağlı iddiaları araşdırıb

Sentyabr 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsinin bəzi seçki məntəqələrində pozuntuların olması haqqında iddialar araşdırılıb...

Poliqon xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, bu şikayətlə Muxtarlı Qələndər Şamil oğlu müraciət edib:
"Ərizəçi müraciətində göstərib ki, dairənin bir çox məntəqələrində səsvermə günü proses qanunauyğun aparılmayıb. O, 27 seçki məntəqəsində səsvermənin nəticələrini mübahisələndirib, müşahidəçilərə maneə yaradıldığını iddia edib və müraciətinə 32 akt, videogörüntülər əlavə edib".

A.Muxtarovanın sözlərinə görə, namizədin MSK-ya təqdim etdiyi 87 videonun əksəriyyəti başqa dairələrdə qeydə alınanlardır:

"Bununla bərabər videogörüntülərdə vətəndaşların seçki hüququnu həyata keçirməsinə mane olan hallar aşkarlanmayıb. Araşdırmanın nəticəsində namizədin şikayətinin əsassız olduğu müəyyənləşdirilib və təmin edilməyib".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Murdar ətlər şadlıq evlərinə, uşaq bağçalarına, dönərxanalara...” - Şok açıqlama

Azərbaycanlı aktrisaya aktyor əri maşın hədiyyə etdi - Video

Bu məzarlıqda azərbaycanlı iş adamının 6 milyon dollarını və 6 kq qızılını axtarırlar

Böyrəkləri sağlam saxlamaq üçün nə yemək lazımdır?

Ziya Hüseynzadə Razi Əliyevanı məhkəməyə verdi

Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım - Video

Ərdoğan üç nazir müavinini vəzifəsindən azad edib, yeniləri təyin olunub

Ən çox oxunanalar