Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski: "Dünya Putinin nüvə silahından istifadə etməsinə hazır olmalıdır"

"Bütün dünya ölkələri Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəsində taktiki nüvə silahından istifadə edə biləcəyinə hazır olmalıdır".

"Report" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski CNN telekanalına müsahibəsində deyib.

Zelenski qeyd edib ki, Putin Ukrayna xalqının həyatına dəyər vermədiyi üçün nüvə və ya kimyəvi silahdan istifadəyə gedə bilər.

“Tək mən yox, bütün dünya, bütün ölkələr narahat olmalıdır, çünki bu, real məlumat olmaya bilər, amma doğru ola bilər. Qorxmaq yox, hazır olmaq lazımdır”, - Zelenski bildirib.

Bundan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Börns Rusiya Prezidenti Vladimir Putinin döyüş meydanında çarəsizliyinə görə Rusiyanın Ukraynaya qarşı taktiki nüvə silahına müraciət edə biləcəyini bildirib. Ağ Ev Rusiyadan gələn nüvə təhlükəsini qiymətləndirmək və Putinin Ukraynaya qarşı güclü silahlardan istifadə edəcəyi təqdirdə tədbirlər hazırlamaq üçün bir qrup mütəxəssis toplayıb.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

Seçki bülletenlərinin hazırlanması prosesi başa çatıb

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

İsrail HHQ Livanın cənubunda "Hizbullah" qüvvələrinə hücum edib

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Rafael Hüseynovun Meynimanlılarla səmimi görüşü

Samir Əsədli rəqibi Musa Qasımlının kəndində coşquyla qarşılandı

Kiçik Kennedi prezidentlik yarışından geri çəkilməyə hazırlaşır

Ən çox oxunanalar