Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zaxarova: “Ermənistan Təhlükəsizlik Şurasının katibi ilk dəfə deyil ki, faktları təhrif edir” 

Moskva fevralın 12-də Azərbaycan-Ermənistan şərti sərhədində baş vermiş insidentdə Rusiyanı ittiham edən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bəyanatlarına hiddətini ifadə edib...

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə “News.ru”nun sualını cavablandırarkən deyib.

O, Moskvanın bu cür bəyanatları son dərəcə mənfi qiymətləndirdiyini vurğulayıb.

“Təhlükəsizlik Şurasının katibi, məncə, Qərbdə kiminsə xoşuna gəlsin deyə, bəlkə də, Rusiyanı tənqid etmək üçün hansısa səbəb tapmaq və s. üçün ilk dəfə deyil ki, faktları təhrif edir. Nerkin And yaşayış məntəqəsində heç bir rusiyalı hərbçi yoxdur. Orada Ermənistan tərəfi ilə razılaşmaya əsasən, 2021-ci ildə FTB-nin sərhəd xidməti postu yerləşdirilib, ancaq biz bilirik ki, hazırda Ermənistanda sərhədyanı bölgələrdə təxribatların yaranmasına imkan verməmək barədə əmrin pozulması istiqamətində araşdırma aparılır”, - deyə o vurğulayıb.

Zaxarova Rusiya Xarici İşlər Nazirliyinin Rusiya nümayəndələrini ləkələmək cəhdlərini qeyri-məhsuldar hesab etdiyini vurğulayıb.

Poliqon.info

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar