Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Həsənov “Yüksək səviyyəli Müşahidəçi Günü”ndə iştirak edib

Azərbaycanın Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbər heyəti, Türkiyə Respublikası, Gürcüstan və Pakistan İslam Respublikasından olan yüksək səviyyəli qonaqlar Bakıda keçirilən “Qafqaz Qartalı - 2019” birgə təlimləri çərçivəsində təşkil olunan “Yüksək səviyyəli Müşahidəçi Günü”ndə iştirak ediblər

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Müdafiə nazirinə maket üzərində planlaşdırılan fəaliyyətlər və təlimlərin gedişi barədə məruzə olunub.

Sonra təlimin döyüş atışlı mərhələsində aviasiya vasitələrinin dəstəyi ilə ərazidə xüsusi təyinatlı bölmələr tərəfindən müxtəlif tapşırıqlar icra olunub.

Birgə təlimin yekunlarını təhlil edən Müdafiə naziri təlimlərdə iştirak edən hərbi qulluqçuların döyüş hazırlığını yüksək qiymətləndirib və keçirilən təlimlərin ölkələrimizin, o cümlədən strateji əhəmiyyətli regional layihələrin təhlükəsizliyi baxımından vacibliyini qeyd edib. Müdafiə naziri bu təlimlərin ordularımızın yüksək döyüş qabiliyyətinin göstəricisi olduğunu vurğulayıb. Nazir təlim iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayaraq hər üç ölkənin xüsusi təyinatlılarının təlimlərinin yüksək səviyyədə keçirilməsindən məmnunluğunu ifadə edib.

Sonda Müdafiə naziri təlimdə təmsil olunan ölkələrin nümayəndələrinə hədiyyələr təqdim edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

Ən çox oxunanalar