Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Muxtar Babayev: Tərəfləri COP29-dan əvvəl İkiillik Şəffaflıq Hesabatlarını təqdim etməyə çağırırıq

Azərbaycan dünya ölkələrini bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qədər İkiillik Şəffaflıq Hesabatlarını (BTRs) təqdim etməyə çağırır...

“Report” xəbər verir ki, bu barədə COP29 prezidenti Muxtar Babayevin iqlim dəyişikliyi üzrə konfransın tərəflərinə ünvanladığı məktubda bildirilib.

“Hər bir ölkənin başlanğıc şərtlərindəki fərqləri tanıyaraq, BTRs-in erkən təqdimatı şəffaflığa kollektiv sadiqliyimizin güclü nümayişi olacaq”, - M.Babayev vurğulayıb.

Onun sözlərinə görə, COP29 sədrliyi davamlı siyasi qarşılıqlı əlaqəni təmin etmək, əməkdaşlığı gücləndirmək üçün qətiyyətli addımlar atır ki, tərəflər konfransın özündə və gələcəkdə şəffaflıq üzrə kollektiv öhdəlikləri yerinə yetirə bilsinlər.

Qeyd olunub ki, fəaliyyətlərin şəffaflığının artırılmasına təkan vermək üçün 3 sentyabr 2024-cü il tarixində COP29 sədrliyi çərçivəsində yüksək səviyyəli dialoq keçiriləcək.

“Yüksək səviyyəli dialoq üzrə tədbir zamanı COP29 sədrliyi özünün flaqman təşəbbüsü olan İqlim sahəsində Şəffaflıq üzrə Bakı Qlobal Platformasının icrasının başlandığını rəsmi olaraq elan edəcək”, - M.Babayev vurğulayıb.

O, həmçinin xatırladıb ki, COP29 sədrliyinin baxışı iki paralel və bir-birini tamamlayan sütun ətrafında cəmlənib: ambisiyaları artırmaq və fəaliyyətlərin stimullaşdırılması: “İqlim maliyyəsi bizim əsas prioritetimizdir".

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

İsmayıl Haniyə Paşinyanla niyə görüşmək istəyirmiş?

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

Ən çox oxunanalar