Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"20 yanvar"dakı obyektlərin sahibi etiraz etdi

"Təklif edirlər ki, ticarət mərkəzi açılır, ora getsinlər..."...

"Bakı Metrosunun "20 Yanvar" stansiyasının yeraltı keçidlərində 25 ildir, tam qanuni şəkildə ticarət fəaliyyət aparılır. Həm Əmlak Məsələləri Dövlət Xidməti ilə müqavilə bağlanılıb, həm də POS-terminallar, kassa aparatları qoyulub. Bu günə kimi vaxtlı-vaxtında vergilər ödənilib, hazırda da ödənilir. Yeraltı keçidlərdə fəaliyyət göstərən ticarət obyektlərinin fəaliyyətinin dayandırılması barədə rəsmi qurumlar tərəfindən müraciət olacaqsa belə, bu ya Dövlət Vergi Xidməti, ya Əmlak Məsələləri Dövlət Xidməti, ya da Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ola bilər.  Obyektlərin bağlanması nə dərəcədə qanunauyğundur, hamısı araşdırılacaq".

Bu sözləri Pravda.az-a açıqlamasında ərazidəki bəzi obyektlərin sahibi, Türkdilli Xalqaların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov deyib. 

“Hazırda ölkə başçısına və müvafiq qurumlara müraciət məktubu hazırlayıram. Mətbuat vasitəsilə cənab İlham Əliyevə səsimizi çatdırırıq. Sahibkarlara təklif edirlər ki, yaxında ticarət mərkəzi açılır, istəyirlərsə, ora getsinlər. Mən başa düşmürəm, kim istəyər gedər, kim istəməz getməz. Hazırda növbədənkənar parlament seçkiləri ilə əlaqədar rayondayam. Axşamdan bəri vəziyyətdən xəbərdaram”, - İ.İsmayılov bildirib. 

Xatırlatma: Bakı Metrosunun "20 Yanvar" stansiyasının yeraltı keçidlərində fəaliyyət göstərən mağazalar fəaliyyətini dayandırıb. Mağazaların bağlanmasının səbəbləri barədə aidiyyəti qurumlar hələlik açıqlama yaymayıblar. 

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Arxeologiyanın ürəyi Türkiyənin Şanlıurfasında döyünür – Fotolar

Azərbaycanın inventarına daxil olunacaq "JF-17": Türkiyə əsas rol oynaya bilər

Ərdoğan: Yaxın Şərqdə hiyləgər planlar işə düşüb

“Ofisait” mağazalar şəbəkəsinin sahibinin cərimələnməsinin səbəbi açıqlandı

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb

Ən çox oxunanalar