Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Həsənov türkiyəli həmkarını və Baş Qərargah rəisini Cümhuriyyət Bayramı münasibətilə təbrik edib

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə və Baş Qərargah rəisi ordu generalı Metin Güraka təbrik məktubu ünvanlayıb...

Bu barədə Poliqon-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Məktubda deyilir: "Sizi, ailənizi və tabeliyinizdə olan şəxsi heyəti Cümhuriyyət Bayramının 100-cü ildönümü münasibətilə ən səmimi diləklərimlə ürəkdən təbrik edir, Sizə cansağlığı, uzun ömür, ailə səadəti, çətin və şərəfli işinizdə müvəffəqiyyət arzulayıram.

Mustafa Kamal Atatürk, silahdaşları və şanlı Türk ordusu ilə birlikdə bir milləti əsarətdən qurtararaq, ardından da yepyeni bir ulus quraraq, 29 oktyabr 1923-cü ildə Türkiyə Respublikasını elan etdi. 1923-cü ildən bəri müstəqillik yolunda Türkiyə Respublikası bütün çətinliklərə mərdliklə sinə gərdi. Müstəqillik uğrunda döyüşlərdə Türk əsgərinin yenilməzliyini, Türk xalqının rəşadətini düşmənlər də öz xatirələrində etiraf ediblər. İstiqlal Savaşında Türkiyə vətəndaşlarının göstərdiyi şücaətlər Türk tarixində qızıl hərflərlə yazılmış, əfsanələr yaratmışdır.

Bir daha Sizi Cümhuriyyət Bayramının 100-cü ildönümü münasibətilə səmimi qəlbdən təbrik edir, dövlətçilik və azadlıq uğrunda adını tarixə qızıl hərflərlə yazmış şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla anıram".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

NYP: Polis atıcını Trampa sui-qəsddən bir neçə dəqiqə əvvəl görüb...

Ən çox oxunanalar