Azərbaycan kikboksçusu Zabit Səmədovun vida döyüş gecəsinə start verilib...
"Report"un məlumatına görə, Milli Gimnastika Arenasında keçirilən və Almaniyanın "Mix Fight Championship" təşkilatının təşkil etdiyi döyüş gecəsində ilk olaraq rinqə 60 kq çəki dərəcəsində kikboksçular çıxıb.
Mixel Olenski (Niderland) Osmanova (Azərbaycan) 3 raundun yekununda qalib gəlib.
Qeyd edək ki, Zabit Səmədov vida döyüş gecəsində braziliyalı sabiq UFC döyüşçüsü, "Yekəayaq" ləqəbli Antonio Silva ilə qarşılaşacaq. Bu döyüşün təxminən saat 23:00-da başlayacağı gözlənilir.
pia.az