Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zabit Səmədov: "Onun əlləri güclüdür, yorub məğlub etməyə çalışacam"

Xəbər verdiyimiz kimi, dekabrın 2-də Belarusun paytaxtı Minskdə azərbaycanlı kikboksçu Zabit Səmədov “Axmat” Döyüş Şousunda rusiyalı idmançı Yevgeni Orlovla döyüşəcək

Oxu.Az bu barədə tanınmış idmançımızın fikirlərini öyrənib. Səmədov rəqibinin üstün cəhətini açıqlayıb:

“Rəqibim əvvəl Kikboksinqin K-1 versiyası üzrə döyüşüb. İndi boksla məşğuldur. Amma bu döyüş K-1 versiyası üzrə keçiriləcək. Boksçu olduğundan, əlləri daha güclüdür. Mən isə ona ayaqlarımla zərbələr vurmağa, onu yorub məğlub etməyə çalışacağam”.

“Mauqli” ləqəbli idmançımız onu da bildirib ki, döyüşlərin keçiriləcəyi “Minsk-Arena”da özünü qonaq kimi hiss etməyəcək:

“Gürcüstandan köçdükdən sonra 23 il Minskdə yaşamışam. Ona görə də qonaq kimi yox, ev sahibi kimi meydana çıxacağam. Yeri gəlmişkən, döyüşü izləməyə çıxış etdiyim “Axmat” klubunun və Çeçenistanın prezidenti Ramzan Kadırovun da gəlməyi gözlənilir”.

Qeyd edək ki, kikboks üzrə ikiqat Rusiya çempionu olmuş 40 yaşlı Yevgeni Orlov 2,06 sm boya və 140 kq çəkiyə malikdir. Müqayisə üçün bildirək ki, 34 yaşlı Zabit Səmədovun 1,83 metr boyu və 98 kq çəkisi var.

pia.az


Etiket: Zabit Səmədov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar