Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yuxusuzluq gərginlik və nevrotik pozuntu yaradır

Yuxusuzluq və yuxu pozuntusu halı ilə demək olar ki, çoxları üzləşib

Yuxusuzluq - yuxuya tam gedə bilməmək, yuxuya getməkdə çətinlik çəkmək, davamlı yata bilməmək problemi deməkdir.

İnsana orta hesabla 7-8 saatlıq yuxu bəs edir. Lakin hər kəsin yuxuya tələbatı fərqlidir. Doğrudur, tələb olunandan daha çox yatdıqda yuxu pozuntusu baş verir. Sağlam insan orqanizmi özü yuxunun nə qədər kifayət etdiyini müəyyən edir. Eləcə də yuxusuzluğun müxtəlif səbəblərdən baş verdiyini nəzərə almaq lazımdır.

PİA.AZ bildirir ki, həkim-nevroloq Sevinc Salamovanın AZƏRTAC-a verdiyi məlumata görə, yuxu pozulması müxtəlif səbəblərdən ola bilər: "Yuxunun üç cür pozulması ayırd edilir: yuxuya getmə çətinliyi, tez-tez ayılma və ya yuxu müddətinin azalması. Çox vaxt hansısa xəstəliyə tutulanda yuxu ya azalır, ya da çoxalır".

Problemə düzgün diaqnoz qoyulduqdan sonra müalicəyə başlamaq olar. Lakin bu məsələdə psixoloji amillər də nəzərə alınmalıdır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Çimnaz Verdiyeva isə bu barədə bunları deyib: "Klinik problemlər zamanı həkimə müraciət etmək lazımdır. Təşviş və həyəcan pozuntusu olanda isə dərman müalicəsi qəbul edilməlidir".

Psixoloqun dediyinə görə, problem aradan qaldırılmadıqda orqanizmdə müxtəlif digər problemlər baş qaldıra bilər: "Yuxusuzluq insanın psixo-fiziologiyasına çox mənfi təsir göstərir, bir çox hallarda daxili orqanlarda da problemlərin yaranmasına aparıb çıxara bilər, insanlarla ünsiyyəti və rəftarı pozur. İlk növbədə, gərginlik və nevrotik pozuntu yaradır".

Unutmaq olmaz ki, düzgün yuxu rejimi gün ərzində gümrahlıq hissi və pozitivlik bəxş edir. Bunun üçün səbəbindən asılı olmadan yuxu rejimini tənzimləmək lazımdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” 

Ən çox oxunanalar