Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yunanıstanda fermerlər aksiya zamanı şoseni bağlayıblar

Yunan fermerlər etiraz aksiyasında Saloniki-Moudania magistral yolunu traktorlarla bağlayıblar...

"Report" xəbər verir ki, bu barədə Yunanıstanın ERT telekanalı məlumat yayıb.

Etirazlar şənbə günü, fevralın 3-də on minlərlə insanın iştirak etdiyi ölkənin ən böyük sənaye sərgisi olan “Aqrotika”da başlayıb. Salonikidə keçirilən aksiya zamanı fermerlər yollara şabalıd və alma ilə dolu yeşiklər atıblar. Kənd təsərrüfatında vəziyyətin yaxşılaşdırılması üçün hökumətin təklif etdiyi təşəbbüslər isə fermerləri qane etməyib.

Baş nazir Kiriakos Mitsotakis may ayından sentyabr ayına qədər fermerlər üçün elektrik enerjisinin dəyərinin 10 faiz azaldılacağını, dövlətə məxsus elektrik şirkəti PPC-yə olan borcun bir hissəsinin silinəcəyini və 87 milyon avro borcun hissə-hissə ödəniləcəyini açıqlayıb. Bundan əlavə, hakimiyyət kənd təsərrüfatında elektrik enerjisinə olan ehtiyacın ödənilməsi üçün günəş panellərindən ibarət parkların tikintisinə subsidiya verəcək.

Fermerlər isə mübarizəni davam etdirmək niyyətində olduqlarını bəyan ediblər. Onlar bildiriblər ki, Nazirlər Kabinetinin başçısının kənd təsərrüfatına dəstək barədə bəyanatları əsas tələblərə cavab vermir. Yunan fermerləri fevralın 5-dən blokadanın koordinasiyalı şəkildə idarə olunması yolları barədə müzakirə aparacaqlar.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

BMT Volodimir Zelenski ilə bağlı qərarını açıqladı

Türkiyənin modernləşdirdiyi "LAÇİN" qırıcısı Azərbaycana təhvil verildi

Ən çox oxunanalar