Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yunanıstan parlamenti Makedoniyanın NATO-ya üzvlüyünü müzakirə edəcək

Yunanıstan parlamentində Makedoniyanın NATO-ya daxil olması protokolu ilə bağlı müzakirələr fevralın 8-də keçiriləcək

RİA “Novosti" xəbər verir ki, bu barədə Yunanıstan parlamentinin sədri Nikos Vutsis bildirib.

Onun sözlərinə görə, elə həmin gün protokol səsverməyə çıxarılacaq. Parlament sədri vurğulayıb ki, bundan bir gün əvvəl - fevralın 7-də Makedoniyanın NATO-ya daxil olması haqqında protokol parlamentin xarici işlər və müdafiə məsələləri üzrə komitəsinə təqdim ediləcək.

Makedoniya hökumətinin bəyanatında isə deyilir ki, ölkənin NATO-ya daxil olmasına dair protokolun razılaşdırılmasından dərhal sonra Alyansa üzv bütün ölkələrin parlamentləri tərəfindən ratifikasiya prosesi başlayır.

"Yunanıstan əvvəlcə protokolu ratifikasiya edəcək, bununla Prespa razılaşması və konstitusiya dəyişiklikləri qüvvəyə minəcək", - bəyanatda deyilir.

Qeyd edək ki, protokolun NATO-ya üzv 29 ölkənin hamısı tərəfindən ratifikasiya edilməsindən sonra ölkə yeni adı ilə - Şimali Makedoniya kimi NATO-nun bütün qərarlarda səsvermə hüququna malik tamhüquqlu üzvünə çevriləcək.

Rəsmi Afina və Skopyenin 2018-ci il martın 17-də Prespa gölü sahillərində imzaladığı saziş "Prespa razılaşması" adı alıb. O, uzun illərdir adla bağlı yaranmış mübahisəli məsələni həll edir və Skopyenin NATOAvropa İttifaqına yolunu açır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib

Ən çox oxunanalar