Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni yol nişanları ilə bağlı dəyişikliklər II oxunuşda qəbul edildi

Azərbaycanda yol hərəkətinin səmərəli şəkildə təşkili və yol hərəkəti iştrakçılarının təhlükəsizliyinin daha etibarlı şəkildə təmin edilməsi üçün "Üfüqi nişanlanma qrupu"na yeni nişanlanma xətti - "sarı kəsişmə toru" daxil edilir

PİA.AZ Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirə edilən "Yol hərəkəti haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Hazırda üfüqi nişanlanma xətlərinə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi zolaqlar daxildir.

Yeni layihədə isə bu zolaqlarla yanaşı, "əlil" tanınma nişanı ilə təchiz edilən nəqliyyat vasitələri üçün ayrılmış duracaq yerini göstərən nişanlanma xətləri və yolun hərəkət hissələrinin kəsişmə yerini göstərən nişanlanma xətləri əlavə edilib.

Hazırkı qanuna görə, yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrininin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və kəsişmə yerlərinə girməsi qadağandır.

Yeni layihəyə görə isə sadalanan hallarda sürücünün qeyd edilən yolayrıcına və 1.25 nişanlanması ilə göstərilmiş, yəni "sarı kəsişmə toru" olan yerlərə daxil olması qadağandır.

Yolayrıcının "sarı kəsişmə toru" ilə işarələnməsi həm sürücülərin bu qaydaya daha ciddi riayət etməsinə, həm də bu sahədə törədilən inzibati xəta hallarının xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsinə, müvafiq cərimələrin tətbiqinə imkan verəcək, yol ayrıcılarında qəzaların baş vermə ehtimalını azaldacaq.

Qeyd edək ki, bu yol nişanlanması hazırda nəqliyyat infrastrukturunun sürətli inkişaf etdiyi Böyük Britaniya, Türkiyə, Kanada, İndoneziya, Sinqapur, Rusiya kimi ölkələrdə, ABŞ-ın bir çox ştatlarında uğurla tətbiq edilir.

Layihədə təklif edilən digər yenilik "Məlumatverici-göstərici nişanlar" qrupuna "Daimi sağa dönmə!" nişanının əlavə edilməsi olub.

Dəyişikliklər səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Qurban Yetirmişli Lənkəranda baş verən zəlzələ barədə: Afterşoklar ola bilər

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ən çox oxunanalar