Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni şəxsiyyət vəsiqələrinin verilməsində problemlər yaranıb?

Daxili İşlər Nazirliyi (DİN) özlərini ekspert kimi təqdim edən bəzi şəxslərin yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsində problemlərin yaranması barədə iddialarına cavab verib

DİN-in Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə “Report”a açıqlamasında qeyd edib ki, bəzi xəbər saytlarında özlərini ekspert kimi təqdim edən şəxslərin yeni nəsil şəxsiyyət vəsiqələrində problemlərin olması barədə iddiaları əsassızdır və belə fikirlər bu sahədə elementar bilgisi olmayan insanlara hesablanıb: “Yeni nəsil şəxsiyyət vəsiqələrinin dəyişdirilməsində hansısa əngəllər yaradılması və vətəndaşlardan vəsiqələrini dəyişmək üçün müəyyən səbəblərin göstərilməsi barədə səslənmiş fikirlər tamamilə əsassızdır. Şəxsiyyət vəsiqələrinin yenilərilə əvəz olunması üçün heç bir ilkin şərt irəli sürülə bilməz və bu, tamamilə vətəndaşın öz istəyinə buraxılan bir məsələdir. Cari il sentyabrın 1-dən istənilən vətəndaş istər “ASAN xidmət” mərkəzlərində, istərsə də aidiyyəti üzrə polis orqanlarında vəsiqələri dəyişdirmək imkanına malikdirlər.
Yeni nəsil şəxsiyyət vəsiqələrinin elektron daşıyıçısında (çipində) yerləşdirilən müəyyən məlumatların oxunmasının mümkünsüzlüyü barədə səslənmiş iddialarla bağlı qeyd olunmalıdır ki, göstərilən məlumatların oxunması üçün nəzərdə tutulmuş xüsusi fayllar istehsalçı şirkət tərəfindən təqdim olunub. Həmin faylları Daxili İşlər Nazirliyinin (mia.gov.az) və Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin (bpqmi.gov.az) rəsmi internet saytlarında yerləşdirilmiş (https://mia.gov.az/?/az/news/view/1237/) və (http://www.bpqmi.gov.az/?/az/news/view/117/) linklərindən yükləyərək istifadəçi təşkilatın (fiziki və hüquqi şəxsin) istifadə etdiyi proqram təminatına inteqrasiya etməklə vəsiqə sahibi barədə məlumatları xüsusi qurğu (çip rider) vasitəsilə oxumaq və zərurət olduqda eksport etmək mümkündür.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Nazirlik rəsmisi həmçinin yeni nəsil şəxsiyyət vəsiqələrinin beynəlxalaq standartlara uyğun olmaması barədə iddialara da cavab verib və bu fikirlərin də həqiqətdən uzaq olduğunu qeyd edib. O bildirib ki, Prezident İlham ƏliyevAzərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” 7 fevral 2012-ci il tarixli fərman imzalayıb. “Həmin fərmanda Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsinin, bu sənədin hər iki üzündə əksini tapmış məlumatlar və rekvizitlərin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) standartlarına tam uyğun olduğu xüsusi qeyd olunub. Ona görə də özlərini “ekspert” hesab edənlərin yeni nümunəli şəxsiyyət vəsiqələrinin verilməsi prosesinə cəlb olunmuş, kifayət qədər təcrübəsi olan əməkdaşların səriştəsinə və bacarığına şübhə etmələri, bu sahənin peşəkarlarına az qala “dərs” keçmək cəhdləri təəccüblü olduğu qədər də təəssüfləndiricidir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Ən çox oxunanalar