Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni Avropa doğulur, yoxsa qoca qitədə xaosun qapısı açılır?

Avropa Birliyində birlik varmı... olubmu... olacaqmı?...

Natiq Miri: “Avropa xalqlarının dəstəyini alan yeni qüvvələr, əsasən Avropa Birliyini istəməyən, AB-nin vahid siyasi və iqtisadi məkanda olmasını istəməyən siyasi qüvvələrdir”.

Əhəd Məmmədli: “Avropa İttifaqının ən Qərb ölkəsi İrlandiyadan başlayaraq, ən Şərq dövləti Slovakiya daxil olmaqla hər yerdə sağ və ultrasağlar irəliləyirlər”.

Avropa Parlamentinə keçirilən son seçkilər beynəlxalq siyasətdə heç də bir mənalı qarşılanmayıb. Hər şeydən əvvəl Avropa Birliyinin yaranışından bəri qurumda əsas səs çoxluğuna sahib olan ikili partiya sistemi çöküb. Açıqlanan ilkin nəticələrə görə Avropa Parlamentinin (AP) iki aparıcı partiyası ilk dəfə Avropa Parlamentində say çoxluğunu itirib. Mərkəz sağ partiyalarının birləşdiyi Avropa Xalq Partiyası (EPP) və mərkəz solçuların üzv olduğu Sosial-Demokratlar qrupunun (SD) mandat sayı Avropa Birliyi rəhbərliyini əldə etmək üçün üstünlüyü təmin edirdi. Lakin artıq EPP və onların müttəfiqi SD Avriopa Parlamentində bu çoxluğa sahib deyillər. Qrup sıralamasıyla 178 və 147 təmsilçiyə sahib olan EPP və SD birinci və ikinci yerdə qərarlaşsalar da, əldə etdikləri mandat sayı Avropanın siyasətini müəyyən etmək və yönləndirmək inmaknı vermir.

751 mandatlı Avropa Parlamentindəyeni koalisiyanın yaranması artıq qaçınılmaz görünür. Yranacaq olan koalisiya haqqında hələ ortada dumanlı təsəvvür olsa da, artıq demək olar ki, Avropa Birliyinin siyasətində müəyyən dəyişikliklərin olması qaşınılmazdır.

Son seçkidə ən çox yüksəlişi “Avropa üçün Liberallar v Demokratlar İttifaqı” (ALDE) əldə edib. ALDE təmsilçilərinin sayı 41 nəfərdən artaraq 108- ə çatıb və bununla liberrallar AP-nin ən böyük üçüncü fraksiyası olub. Qeyd edək ki, Makronun “İrəli Fransa” hərəkatı da liberralların fraksiyasına qoşulub.

ALDE Fransadan 22 mandat qazanıb. Britaniyada kinci yerdə olan Liberal Partiya da ALDE-nin AP-dəki gücünü artırıb.

Mandat sayını 17 təmsilçi ilə artıraraq dördüncü olan Yaşıllar, 9 mandat itirərən və 61 təmsilçi qazanan “Avropa Konservantlar ve İslahatçılar İttifaqı”nın (ECR) yerinin tutdu. ECR isə beşinci yerə geriləyib.

Radikal sağ partiya olan “Millətlər və Azadlığın Avropası” (ENF) da 37 olan vəkil sayını 55-ə yüksəltdib. Sağçıların ən böyük qalibiyyəti seçimdə birinci olduqları Fransa və İtalyadan gəldi.

Radikal sağçı, populist və Avropa Birliyinə qarşı olan partiyaların üzv olduğu “Avropada Birbaşa Demokratiya üçün İttifaq” (EFDD) qrupu da təmsilçi sayını üç nəfər artıraq 51-ə çatdırdı. İngiltərədə “Brexit Partiyası” və İtalyada “M5S” Hərakatı bu qrupdakı parlamentarinin çoxluğunu təşkil edir.

Sosialist, ekososialist və kommunist partiyaların üzv olduğu “Avropa Sol Birliyi- Skandinav Yaşıl Solu” (GUE/NGL) 14 mandat da itirərək 38 təmsilçi ilə Avropa Parlamentinin ən kiçik qrupu olması gözlənilir.

Eyni zamanda ötən həftənin sonunda Böyük Britaniyanın baş naziri Tereza Mey istefa verib. T. Mey iyunun 7-də Mühafizəkarlar partiyasının sədrliyindən gedəcəyini açıqlayıb. Bu o deməkdir ki, T. Mey həm də baş nazir postunu tərk etməlidir. Bununla belə, o, partiyaya yeni lider seçilənə qədər baş nazir vəzifəsində qalacaq.

Yeni Britaniya liderinin seçimi rəsmi olaraq iyunun 7-dən başlayacaq, proses altı həftəyədək çəkə bilər. Artıq bu posta əsas iddialı hesab olunan keçmiş xarici işlər naziri Boris Conson öz namizədliyini irəli sürəcəyini bəyan edib.

Sağ radikalların yüksəlişi fonunda bir çox analitiklərə görə Avropada İttifaqın parçalanma prossesi başlayıb. Tereza Meyin də istefasını nəzərə alarsaq, demək olarmı ki, Avropada yeni dirçəliş dönəmi başlayır, yoxsa qoca qitədə xaosun qapısı açılır?..

PİA.az-ın əməkdaşı Avropada yaranan vəziyyət ilə bağlı Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Mirinin və “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədlinin fikirlərini öyrənib.

Natiq Miri: “Seçkilərin ikin nəticəsilərindən əldə etdiyimiz mənzərə budur ki, həmişə azlıqda olan radikallar indi iqtidar partiyaları olan mərkəz sağ və sol partiyaları sıxışdırırlar və bu da yeni bir Avropanın formalaşmasına işarədir”.

Seçkilərin Avropada yeni bir siyasi mənzərə ortaya qoyduğunu vurğulayan politoloq Natiq Miri PİA.az-a açıqlamasında bildirib ki, ifrat sağçıların Avropa Parlamentində fraksiyalara malik olması, həm də Avropa xalqları arasında çox ciddi bir parçalanmaya gətirib çıxara bilər. Politoloqun fikrincə ifrat sağçılar əsasən islama qarşı olan siyasi qüvvələrdir və bu da Avropanın göbəyində çox ciddi etnik və dini zəmində qarşıdurmalara səbəb ola bilər:

“Açığı bu son Avropa Parlamentinə olan seçkilər də heç də Avropanın gələcəyindən müsbət ümidlər yaratmır. Çünki Avropa xalqlarının dəstəyini alan yeni qüvvələr, əsasən Avropa Birliyini istəməyən, AB-nin vahid siyasi və iqtisadi məkanda olmasını istəməyən siyasi qüvvələrdir.

Avropa Parlamentinə son seçkiləri əgər bir cümlə ilə dəyərləndirsək, deyə bilərik ki, Avropa Birliyini bütünlüklə vahid siyasi və iqtisadi məkan olaraq istəməyən qüvvələr Avropa Parlamentinə seçilib. Bu, məsələnin çox önəmli və əsas tərəflərindən biridir. Bəzi Avropa ölkələrində, məsələn, Fransa kimi Avropanın nüvəsini təşkil edən ölkələrdə ifrat sağçılar hakim partiyadan daha çox səs qazanıblar. Bu da Fransada onsuzda mürəkkəb olan vəziyyəti daha da mürəkkəbləşdirir.

Yəni seçkilərin ikin nəticəsilərindən əldə etdiyimiz mənzərə budur ki, həmişə azlıqda olan radikallar indi iqtidar partiyaları olan mərkəz sağ və sol partiyaları sıxışdırılar və bu da yeni bir Avropanın formalaşmasına işarədir. Bu bütövlükdə Avropa Birliyinin gələcək perspektivinə müəyyən şübhələr yaradır.

Bu baxımdan Avropa Parlamentinə keçirilən son seçkilər heç də Avropanın gələcəyi üçün müsbət ümidlər yaratmır. Çünki, bir daha təkrara edirəm, seçilən qüvvələr, əsasən, Avropa Birliyini istəməyən, AB-nin vahid siyasi və iqtisadi məkanda olmasını istəməyən siyasi qüvvələrdir. Bu da təbii ki, gələcək nöqteyi-nəzərindən Avropanın birliyinə müəyyən şübhələr yaradır.

Natiq Miri: “İfrat sağçıların Avropa Parlamentində fraksiyalara malik olması həm də Avropa xalqları arasında çox ciddi bir parçalanmaya gətirib çıxara bilər. Bilirsiniz ki, ifrat sağçılar əsasən islama qarşı olan siyasi qüvvələrdir və bu da Avropanın göbəyində çox ciddi etnik və dini zəmində qarşıdurmalara səbəb ola bilər”.

Açığı, bu seçkilərdə Avropa Birliyini istəməyən, AB-nin parçalanmasını istəyən və hər bir ölkənin müstəqil səviyyədə yaşamasını istəyən siyasi qüvvələr Avropanın təməl dəyərlərini dağıda bilərlər, ən azından bu dəyərlərin ciddi deformasiyaya uğraması mükündür. Bu da təbii ki, Avropa Birliyinin vahidliyinə gələcəkdə şübhə yaradan məqamlardır. Bu məsələnin birinci tərəfidir.

İkinci tərəfi isə ifrat sağçıların seçilməsi həm də əhali arasında çox ciddi bir parçalanmaya gətirib çıxara bilər. Bilirsiniz ki, ifrat sağçılar islama qarşı olan siyasi qüvvələrdir və bu da Avropanın göbəyində çox ciddi etnik və dini zəmində qarşıdurmalara səbəb ola bilər. Bu isə ümumilidə Avropa Birliyinin ideyalarına, gələcək inkişafına çox ciddi zərbə vura bilər. Əslində nəzərə alsaq ki, Avropada millətçilik və radikalizm qaçqınların Avropaya üz tutması ucbatından yüksəlib, o zaman Avropada çox mürəkkəb siyasi mühitin formalaşacağı aydındır. Ona görə də, Avropa Parlamenti seçkiləri Avropa Birliyinin gələcəyinə heç də müsbət notla baxmağa imkan vermir. Yəni bu seçkilər həm də etnik mənada ciddi qarşıdurmalardan xəbər verir. Ona görə də, bu seçkinin yaratdığı mənzərədən Avroopa Birliyinə baxılırsa, bu mənzərə heç də ürəkaçan görünmür”.

Əhəd Məmmədli: “İngilislər Avropa İttifaqından çıxsalar, bunun cavabında onların mehriban düşməni şotlandlar Britaniya Birliyindən çıxar”.

Radikal sağların bütün cəbhələrdən hücum etdiklərin nəzərə çatdıran politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, bu prespektivdə gələcək Avropa Birliyi üçün yaxşı heçnə vəd etmir:

Avropada sağ radikallar hər seçkidə daha çox səs toplayırlar. Britaniyada da artıq millətçi “Brexit” partiyası ənənvi partiyalardan üç dəfə artıq səs qazanıb. Bununla bərabər Şotlandiyada da millətçilər yenə Britaniyadan ayrılmaq üçün Referendumun keçirilməsini istəyirlər. Bu haqda Şotlandiya hökümətinin rəhbəri anons verib. Şotlandlar ingilislərdən fərqli olaraq Avropa Birliyindən çıxmaq istəmirlər.

Yəni Böyük Britaniyada vəziyyət çox qarışıqdır və qarışıqlıq Britaniyanın gələcəyinə, birliyinə təhlükə yaradır. İngilislər Avropa İttifaqından çıxmaqda israr edirlər və bunun cavabında Birlikdən çıxmaq istəməyən Şotlandiya Britaniya krallığından ayrıla bilər. Yəni ingilislərin mehriban düşməni şotlandlar Britaniya Birliyini təhdid edir..

Avropa Birliyindəki seçkilərə gəldikdə isə bu tendensiyə bütün ağ qitəni bürüyüb. Sağlar bütün cəbhələrdə hücum edirlər. Avropa İttifaqının ən Qərb ölkəsi İrlandiyadan başlayaraq, ən Şərq dövləti Slovakiya daxil olmaqla hər yerdə sağ və ultrasağlar irəliləyirlər. Bu prespektivdə gələcək üçün, Avropa Birliyi üçün yaxşı heçnə vəd etmir”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

Ələt-Osmanlı-Astara dəmir yolu xətti yenidən qurulur

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

Prezident İlham Əliyev: Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var

"Birləşdik - 2024" təlimində iştirak edən heyətimiz vətənə qayıdıb

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

Prezident: Pakistan mediasında hər zaman qardaş dəstəyi görmüşük

Ən çox oxunanalar