Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni “ASAN xidmət”in əməkdaşları Vətən müharibəsi qazisi, şəhid və qazi ailələrinin üzvlərindən ibarətdir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 6 saylı Bakı "ASAN xidmət və 3 saylı "ASAN kommunal" mərkəzi fəaliyyətə başlayıb.

"ASAN xidmət"dən verilən məlumata görə, 6 saylı Bakı “ASAN xidmət” mərkəzi Bakı şəhərində sayca 6-cı, ümumilikdə ölkə üzrə 21-ci mərkəzdir.

6 saylı Bakı “ASAN xidmət” mərkəzi üçün ayrılan 0.74 ha ərazidə mərkəzin 4 mərtəbəli inzibati binası inşa edilib. Mərkəzdə müxtəlif dövlət orqanları, özəl şirkətlər və kommunal xidmətlər göstərən qurumlar tərəfindən ümumilikdə 320-dən çox xidmət həyata keçiriləcək. Mərkəz qeydiyyatda olduğu yerdən asılı olmayaraq bütün vətəndaşlara xidmət edəcək. Mərkəzdə xidmət edən dövlət orqanları da daxil olmaqla ümumilikdə 230 əməkdaş və 85 könüllü fəaliyyət göstərəcək. “ASAN xidmət” mərkəzinin işçiləri Vətən müharibəsi qazisi, şəhid və ya qazi ailələrinin üzvlərindən ibarətdir.

Mərkəzdə Azərbaycan Respublikasının Prezidentinin fəaliyyətini əks etdirən guşə innovativ şəkildə yeni elektron formatda təşkil edib və dinamik dəyişən foto-video faylları əks etdirir.

Mərkəzdə üzərində xüsusi QR kodlar əks olunan məlumat lövhələri yerləşdirilib. Vətəndaşlar həmin lövhələrdəki QR kodları mobil telefonlar vasitəsilə oxudaraq "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərinin fəaliyyəti, xidmətlərlə bağlı tələb olunan sənədlər, ödənişlər, iş rejimi, habelə "YAŞAT" Fondunun fəaliyyəti barədə məlumat əldə edəcək. Mərkəz paytaxtın Xətai rayonunun Vunq Tau küçəsində, Heydər Əliyev parkının yaxınlığında olan ərazidə inşa edilib.

3 saylı “ASAN kommunal” mərkəzi Bakı şəhərində sayca 3-cü mərkəzdir. “ASAN kommunal” mərkəzi olmayan bölgələrdə isə kommunal xidmət sahələri bütün regional “ASAN xidmət” mərkəzlərinin inzibati binalarında təşkil edilib.

Mərkəz Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov 38 ünvanında inşa edilmiş çoxmərtəbəli binanın birinci və ikinci mərtəbələrində fəaliyyət göstərəcək. Mərkəz zirzəmi ilə birlikdə 2115 m2 ərazini əhatə edir.

3 saylı “ASAN kommunal” mərkəzində “Azəriqaz” İB, “Azərişıq” ASC və “Azərsu” ASC tərəfindən 52 , ümumilikdə isə 110 növ xidmət həyata keçiriləcək.

Əsasən Nizami (201.800), Xətai (289.900) və Sabunçu (247,200) rayonlarında qeydiyyatda olan ümumilikdə 738,900 vətəndaşın əhatəsində olan Mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək.

Mərkəzdə əməkdaşların sayı 90, könüllülərin sayı 15 nəfər nəzərdə tutulur.

Vətəndaşların istirahəti və rahatlığı üçün kafe və uşaq oyun guşəsi nəzərdə tutulub. Konsept təhlükəsizlik tədbirlərini nəzərdə tutan sistemlərin quraşdırılmasını təmin edir.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Ən çox oxunanalar