Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yayda ət niyə ucuzlaşmır? - Video

Son aylar ət və ət məhsullarının qiymətində kəskin bahalaşma müşahidə olunur...

Azərbaycanda son beş ildə ətin qiyməti iki dəfədən çox artıb. Təkcə ötən ilin müvafiq dövrü ilə müqayisədə dörd manat bahalaşma var.

“Xezerxeber.az”ın məlumatına görə, hazırda quzu əti 18 manat, sümüklü mal əti 14, sümüksüzün qiyməti isə 17 manatdır.

Yay fəsli olmasına baxmayaraq, ətə tələbat böyükdür.

Satıcılar bildirirlər ki, alıcı qıtlığı yaşanmasa da, heyvan və yem bazarında bahalıqdır.

Digər bir satıcı isə deyir ki, hazırda ətin qiyməti sabitdir. Lakin o da yaxın vaxtlarda ətin bahalaşa biləcəyini istisna etməyib.

Ekspetlər hələ bunun son hədd olmadığını deyirlər.

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, dünya bazarında heyvan yeminin bahalaşması Azərbaycandan da yan keçmir. Bundan başqa, Rusiya-Ukrayna müharibəsi fonunda Ukrayna məhsullarının Azərbaycan bazarından çıxması, bazara gələn məhsullarda logistika xərclərinin artması dolayı yolla da olsa, qiymət artımına təsir edir.

Ekspert qeyd edib ki, dünya bazarında son 12 ayda ətin qiyməti bahalaşmayıb, hətta ət bazarında altı faizə qədər ucuzlaşma var. Hazırda yemin bahalaşması prosesi dayanıb.

X.Kərimli hesab edir ki, bundan sonra stabillik olacağı gözlənilir, amma əgər vəziyyət dəyişərsə, bahalaşma prosesi davam edəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Unudulmaz bəstəkar Vasif Adıgözəlovun doğum günüdür

Lənkəranda intensiv yağışdan sonra Lənkərançay daşıb, həyətlərə su dolub - Foto, Video

Ən çox oxunanalar