Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaşar Əliyev: Regionda olmayan dövlətlər Cənubi Qafqazı geosiyasi qarşıdurma obyektinə çevirmək istəyir

"Bəzi regionda olmayan dövlətlərin Cənubi Qafqazı geosiyasi rəqabət və qarşıdurma obyektinə çevirmək, o cümlədən Ermənistanı silahlandırmaq və onun nifrət təbliğatını təşviq cəhdləri sülhə, barışığa və hərtərəfli inkişafa xidmət etmir".

"Report"un ABŞ bürosu xəbər verir ki, bunu Azərbaycanın BMT yaninda daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının "Ümumi əməkdaşlıq yolu ilə sülhün qorunmasına yardım" mövzusunda açıq müzakirəsində çıxışı zamanı deyib.

Səfir bildirib ki, 30 ildən çox işgal müddətində Ermənistanda həmin ölkənin silahlı qüvvələri tərəfindən törədilmiş ağır cinayətləri mühakimə etməkdən yayınan qüvvələr bu gün də 4 minə yaxın itkin düşmüş azərbaycanlının taleyinə biganə yanaşır, əvvəllər işğal olunmuş ərazilərə yerləşdirdikləri mina və digər partlayıcı qurğularla bağlı dəqiq məlumatları paylaşmaqdan yayınırlar.

Daimi nümayəndə silahlı münaqişə və onun dağıdıcı təsirlərinə baxmayaraq, Azərbaycanın regionda inkişafın və sülhün qorunması səylərini davam etdirərək reallaşdırdığı genişmiqyaslı layihələrdən danışıb:

"Azərbaycan davamlılığa, inklüziv inkişafa, sosial ədalətə və təmiz enerjiyə diqqət yetirməklə ölkə iqtisadiyyatının yenidən qurulması üçün transformasiya xarakterli dəyişikliklərin sadiq tərəfdarı olmuşdur. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qyulub ki, bunun 200 milyarda yaxın qeyri-enerji sektorunun payına düşür. Bundan əlavə, Azərbaycan nəqliyyat infrastrukturuna sərmayə yatırılmasına və regional tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsinə böyük töhfə verərək, Avropa və Asiya arasında əsas nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib.

Üç il əvvəl müharibə başa çatdıqdan sonra Azərbaycan məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasını normal yaşayışını təmin etmək üçün işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, bərpası və yenidən qurulmasını, onların ölkə iqtisadiyyatına reinteqrasiyasını prioritet vəzifə kimi qoymuşdur. Bu torpaqlara həyat tədricən qayıdır və köçkün ailələrin ilk qrupları artıq öz doğma yurdlarına qayıdıblar".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Azərbaycanın İrandakı Səfirliyinin fəaliyyəti bərpa edilib

NYP: Polis atıcını Trampa sui-qəsddən bir neçə dəqiqə əvvəl görüb...

Yarımmilyonluq dələduzluqda ittiham olunan məmur azadlıqda: Cavanşir Əvəzovu kim qoruyur?

Ən çox oxunanalar