Yaponiya Müdafiə Nazirliyinin “Ağ kitab” adlanan illik hesabatında Rusiyanı ilk dəfə olaraq Avropanın təhlükəsizliyinə “yeganə və təcili təhdid” adlandırılır...
Poliqon xəbər verir ki, Yaponiya hökumətinə təqdim olunan sənəddə deyilir: “Rusiyanın xarici fəaliyyəti, Ukraynaya təcavüzü ilə nəticələnən hərbi meyllər beynəlxalq nizamın əsaslarını sarsıdır və Avropa istiqamətində ən ciddi və ən təcili təhlükədir”.
Bundan əlavə, Yaponiya Müdafiə Nazirliyi Moskvanın Tokionun öz ərazisi hesab etdiyi Kuril adalarında fəaliyyətindən narahatlığını bildirib.
Sənəddə BMT Təhlükəsizlik Şurasının daimi üzvünün təcavüzkar müharibənin tətikləyicisi və aparıcısı olduğu və bu müharibədnin beynəlxalq hüquqa və beynəlxalq nizama zidd olduğu göstrilir və qeyd edilir ki, bu vəziyyət təhlükəsizlik üçün misli görünməmiş hal kimi səciyyələndirilir.
Poliqon.info